“Qarabağ Universiteti bölgənin mayakına çevrilə bilər”

14:26 01-12-2023 | icon 396 | Cəmiyyət
“Qarabağ Universiteti bölgənin mayakına çevrilə bilər”

Qabil Hüseynli: “Bu təhsil müəssisəsi regionda yeganə olacaq”

 

“Xankəndidə Qarabağ Universitetinin yaradılması ictimai, siyasi, mədəni hadisə olacaq. Xankəndidə fəaliyyət göstərən Azərbaycan Pedoqoji İnstitunun bazasında yaradılmış İnstitut daşnaq yuvası, separatçıların ideoloji bazası idi. Yeni yaranacaq Qarabağ Universiteti sözün həqiqi mənasında ali təhsil ocağı olacaq”.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında professor Qabil Hüseynli bildirib.

 

Onun sözlərinə görə, bölgənin müxtəlif yerlərindən gəlmiş insanlar Qarabağ Universitetində təhsil alaraq yüksək ixtisaslı kadrlar kimi həmin bölgələrin müxtəlif sahələrində işlə təmin olunacaqlar:

 

“Qarabağ Universitetinin açılması o deməkdir ki, Azərbaycan Xankəndidə geniş iqtisadi, siyasi, mədəni tədbirlər həyata keçirəcək. Ona görə də bu yerlərdə elmin, tədrisin inkişafı, yüksək ixtisaslı kadrların hazırlanması üçün əlindən gələni edir”.

 

Q.Hüseynli hesab edir ki, Qarabağ Universiteti bölgənin mayakına, mühüm elmi fikir, kadr hazırlığı mərkəzinə  çevrilə bilər. Çünki hələ ki, bu təhsil müəssisəsi regionda yeganə olacaq.

 

Politoloq eyni zamanda bildirib ki, böyük qayıdış proqramı çərçivəsində öz yurduna qayıdan ailələrin övladlarının bu universitetə daxil olması bütövlükdə bölgənin mədəni səviyyəsinə təsir göstərəcək.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Həmin o “əsas müxalifət” hələ də düşmən dəyirmanına sü tökür”

Prezidentdən mühüm MESAJLAR

Paralimpiyaçımız FİNALDA

Növbəti köç karvanı Şuşaya çatıb

Ətin qiyməti QALXDI

AYNA-nın Təlim Mərkəzindən ŞİKAYƏT

Dəmrov xəstəliyinin növləri və MÜALİCƏSİ

"Azərbaycan Avropa ilə əlaqələrini genişləndirməkdə davam edir"

Yeni müharibə ocağının alovlanmasının qarşısı alınmasa…

Marsın suyu niyə quruyur?

Nəbi Xəzrinin 100 illiyi qeyd ediləcək

Güclü külək XƏBƏRDARLIĞI

Avtomobillərini bu yerdə qanunsuz park edənlər CƏRİMƏLƏNƏCƏKLƏR

Qadın maşını sındırdı, kişi evi yandırdı

Görün Hafiz Hacıyevin seçkiyə verdiyi qiymət nədir