“Şərq qadını” jurnalının 100 il bundan öncəki İLK NÜSXƏSİ

16:23 01-12-2023 | icon 514 | Cəmiyyət
“Şərq qadını” jurnalının 100 il bundan öncəki İLK NÜSXƏSİ

“Şərq qadını” jurnalının ilk nömrəsinin işıq üzü görməsindən 100 il ötdü. Jurnalın ilk nömrəsi 30 noyabr 1923-cü il tarixində Bakıda çap olunub.

 

Versus.Az xəbər verir ki, Azərbaycanın maarifpərvər qadınlarından biri, görkəmli pedaqoq, ictimai xadim Mədinə Qiyasbəyli “Şərq qadını” jurnalının yaradıcılarından biri olub və savadsızlığa qarşı mübarizə aparıb.

 

Jurnal Azərbaycanda, o cümlədən bütün şərq aləmində qadın azadlığı uğrunda mübarizə aparan, qadınlar arasında azadlıq ideyalarını geniş yayan ilk qadın jurnalı olub.

Sözügedən jurnalın ilk nömrəsində publisist Səməd ağa Ağamalıoğlu, yazıçı, publisist Şəfiqə Əfəndizadə, həkim-pediatr, Azərbaycan Cümhuriyyəti dövründə xalq səhiyyə naziri olmuş Yevsey Gindes, ədəbiyyatşünas, professor İsmayıl Hikmətin məqalələri yer alıb. Həmçinin, ictimai-siyasi xadim Ayna Sultanova, pedaqoq, jurnalist Mədinə Qiyasbəyli, jurnalist Gülarə Qədirbəyova, Xədicə Seyidzadə, Hökumə Məmmədova kimi cəmiyyətdə fəallıq göstərən qadınların məqalələri, publisistik yazıları müntəzəm olaraq jurnalda çap edilirdi.

 

Milli Azərbaycan Tarixi Muzeynin Sənədli mənbələr fondunda qorunan “Şərq qadını” jurnalının 100 il bundan öncə işıq üzü görmüş ilk nüsxəsini təqdim edirik.

 

Qeyd edək ki, sözügedən jurnalın 10-cu nüsxəsi muzeyin Kitabxanasının “Nadir kitablar” fondunda qorunur.

 

Ayəndə Dadaşova
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI