Vaxtında, yerində verilmiş tarixi QƏRAR

13:00 02-12-2023 | icon 449 | Siyasət
Vaxtında, yerində verilmiş tarixi QƏRAR

Qasım Hacıyev: “Xankəndidə belə bir Universitetin yaradılması tariximizə, mədənyyətimizə hörmətdir”

 

“İllərdir zəhərlənmiş, murdalanmış, gözdən salınmış Qarabağ torpaqlarında yeni yaradılan nə varsa, hamsı gözəldir, xeyirlidir, xalqımızın gələcəyidir. Bu baxımdan, Xankəndidə Qarabağ Universitetinin yaradılması ilə bağlı sərəncam, vaxtında, yerində verilmiş tarixi qərərdır”.

 

Versus.Az xəbər verir ki, bunu tarixçi alim Qasım Hacıyev Xankəndidə Qarabağ Universitetinin yaradılması ilə bağlı Prezidentin sərəncamına açıqlamasında bildirib.

 

Tarixçi alim hesab edir ki, Qarabağın mərkəzi şəhəri olan Xankəndidə belə bir Universitetin yaradılması Azərbaycanın, azərbaycanlıların tarixinə, xalqın mədənyyətinə hörmət, ehtiramdır:


“Ali təhsil almaq istəyən hər bir gənc Xankəndinin Qarabağ Universitetində təhsil ala bilər. İndiyə qədər fiziki olaraq torpaq və insanlarımızın yaşadığı ağrı-acılar unudular, elm və təhsilimiz sayəsində tarixin yaddaşınzda möhkəmlənər. Çox sevinirəm. Xankəndi elə bir şəhərdir ki, bu torpağın Qarabağ xanının olması, Azərbaycan torpaqları olması barədə dil-dodağımız yana-yana danışırdıq. Amma indi anlımız açıq, üzümüz ağdır. Başda İlham Əliyev olmaqla bütün Azərbaycan xalqı bu ərazilərin işğaldan azad olunması üçün can qoydu, Şəhidlər verdi və nəhayət onun azadlığına nail oldu. Qarabağ Unversitetində təhsil ailmaq istəyən hər bir gəncimizə uğurlar arzulayıram”.

 

LƏMAN

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...