"Xankəndidə Qarabağ Universitetinin yaradılması sübut edir ki..."

14:00 02-12-2023 | icon 405 | Cəmiyyət
"Xankəndidə Qarabağ Universitetinin yaradılması sübut edir ki..."

Tural İrfan: “Qarabağ Universiteti müsəlman aləminin ən aparıcı universitetlərindən olacaq”

 

“Qarabağ -Xankəndi, Şuşa mədəniyyətimizin, elm və təhsilin mərkəzlərindən olub. Qarabağ Universitetinin öz əzəli kökləri üzərində yenidən bərpa edilməsi vacibdir, mənəvi dəyərlərin, ruhumuzun dirçəlməsi baxımından əlamətdar hadisədir”.

 

Versus.Az xəbər verir ki, bunu ilahiyyatçı Tural İrfan Xankəndidə Qarabağ Universitetinin mənəvi əhəmiyyəti ilə bağlı açıqlamasında bildirib.

 

T.İrfan qeyd edib ki, Qarabağ Universiteti gələcəkdə xarici ölkələrdən gəlib burada təhsil almaq istəyən gənclərin də təhsil ocağına çevrilməli, Azərbaycan-Qarabağ həqiqətlərinin dünyaya düzgün çatdırılması baxımından əsas tribuna kimi istifadə olunmalıdır:

 

“Torpaqlar işğaldan azad olunduqdan sonra Azərbaycanın erməni xalqına qarşı aqressiya göstərib, erməni sakinlərin ordan didərgin salınması ilə bağlı iftiralar səslənirdi. Universitetin açılması onu sübut etdi ki, Azərbaycan dünən olduğu kimi, bu gün də humanist ideyalarını davam etdirir. Vaxtilə Xankəndidə fəaliyyət göstərən Prdaqoji İnstitutda Azərbaycan dili bölməsindən əlavə, rus, erməni bölmələri olub. Bu, Azərbaycanda azərbaycanlıların başqa xalqlara tolerant yanaşmanın, humanistliyin nümunəsi kimi qəbul olunsa da, ermənilər və onların havadarları öz revanşist siyasətlərini həyata keçirərək planlar qurur, 1988-ci ildə qiyam qaldıraraq azərbaycanlıların öz yurdlarından qovulmasına nail oldular. 31 il ermənilər həmin əraziləri işğalda saxlayaraq talayıb dağıtmışdılar. Ermənilər orada diqqət çəkən təhsil, mədəniyyət ocaqları yaratmamışdılar. Artıq Xankəndidə yaradılan Qarabağ Universiteti tarixi dərindən araşdırıb, özünün tolerant, humanist ideyalarına söykənərək öz haqqını qorumaqla fəaliyyətini quracaq”.

 

T.İrfan eyni zamanda qeyd edib ki, Xankəndinin azad edilməsindən sonra belə bir təhsil ocağının yenidən təsis edilməsi sübut edir ki, biz öz torpaqlarımızın əzəli sahibləriyik, varisləri olacağıq:

 

“Cənab Prezidentin bu sərəncamını siyasi, mədəni, himanist addım kimi yüksək dəyərləndirirəm. Xankəndində hər hansı Məscidin, başqa bir müəssisənin açılışından qabaq ilk olaraq təhsil ocağının təsis edilməsi dərin düşünülmüş, müdrik addımdır. Universitetdə yüksək ixtisaslı kadırlar yetişməlidir. Bu, Qarabağın inkişafının zərurəti dərin özülü, kökdür. Azərbaycanın gələcəyi üçün, beynəlxalq nankor qüvvələrin hücumları qarşısında universitet qalxan olacaq. Azərbaycan gəncləri Qarabağ Unuversitetində təhsil alaraq ölkəmizə, dünyaya böyük töhfələr verəcəkər”.

 

İlahiyyatçı hesab edir ki, Xankəndi şəhərində təməli qoyulan Qarabağ Universiteti şərq, müsəlman aləminin ən aparıcı, parlaq universitetlərindən olacaq:

 

“Ola bilsin ki, Xankəndidə də yenə azərbaycanlılarla bərabər, ermənilər və digər millətlərdən olan xalqlar da yaşadılar. Lakin Xankəndi Azərbaycan xalqının uzun müddət həsrətini çəkdiyi, mədəniyyət, elm ocağı kimi hər zaman diqqət mərkəzində olacaq”.

 

T.İrfanın fikrincə, Qarabağ ərazisində yaşayan əhalimiz elmə, təhsilə verdiyi töhfələrlə həmişə dünyada sayılıb seçilib:

 

"Qarabağdan tanınmış şəxsiyyətlər çıxıb. Bu da deməyə əsas verir ki, keçmiş nəslin törəmələri olan müasir gənclərimiz həmin Universitetdə təhsil alaraq Azərbaycanın bayrağını ucalara qaldıracaqlar".

 

LƏMAN

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR