Əfsanəvi çempionun ustad dərsi keçirilib

11:12 04-12-2023 | icon 683 | İdman
Əfsanəvi çempionun ustad dərsi keçirilib

Crocus Fitness Sabah’da Yunan-Roma güləşi üzrə əfsanəvi çempion Rafiq Hüseynovun ustad dərsi keçirilib.

 

Versus.Az xəbər verir ki, görüşün xüsusi qonağı qadın güləşinin canlı əfsanəsi, idman tarixində dörd Olimpiya Oyunlarında medal qazanan üç qadından biri Mariya Stadnik olub.

 

Ənənəyə uyğun olaraq, sual-cavab ilə başlayan görüşdə Rafiq Hüseynov qazandığı uğurlardan, qələbələrdən, idmanda nizam-intizamın vacibliyindən danışıb. Çempion, aralarında çoxlu gənc güləşçilərin də olduğu ustad dərsinin iştirakçılarına dəyərli məsləhətlər verərək, düzgün inkişafın istiqamətlərini izah edib.

 

Rafiq Hüseynov etiraf edib ki, onun həyatda əsas motivasiyası atası, Azərbaycanın əməkdar məşqçisi, polis polkovniki Radik Hüseynovdur. Çünki məhz onun nəzarəti altında adını dünya idman tarixinə yazmağı bacarıb:

 

"1995-ci ildən onunla, sözün əsl mənasında, zalı tərk etmirik. Atam bütün həyatını mənə həsr edib. Onun iradəsi və peşəkarlığı qarşısında baş əyirəm".

 

İkiqat dünya çempionu, üçqat Avropa çempionu, dünya kubokunun qalibi Rafiq Hüseynov, intellektual və şəxsi inkişafın vacibliyinə toxunaraq, gənc həmkarlarına xarici dilləri əzmlə öyrənməyi, məktəbdə yaxşı oxumağı, vətənlərinin tarixi ilə maraqlanmağı tövsiyə edib:

 

"Gələcəkdə bəziləriniz beynəlxalq arenada vətəninizin bayrağını qaldıracaqsınız. Belə hallarda sadəcə yaxşı idmançı olmaq kifayət deyil. Ona görə də təkcə idman zalında yox, həmçinin təhsildə də özünü inkişaf etdirmək çox vacibdir”.

 

Hüseynov, rəqibləri ilə güləşərkən ən çox istifadə etdiyi fəndlərdən birinin “tərs atış” olduğunu qeyd edib.
Çempion, ustad dərsinin praktiki məşğələsi zamanı dəqiq və peşakarcasına icra edilərək ona tatamidə dəfələrlə qələbə qazandıran bu fəndi nümayiş etdirdi.

 

Sonda Rafiq Hüseynov “Crocus Fitness Glory Museum” təqdim etdiyi güləş ayaqqabılarını imzaladı, tədbirin bütün iştirakçılarına avtoqraf verərək, hamı ilə xatirə şəkli çəkdirdi.

 

Çempion ən yaxşı suala görə mükafatı məşhur bakılı multiatletçisi Artyom Əliyevə verdi.

 

 

Ayəndə Dadaşova
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI