Həmkarlar Konfederasiyası nəyi harda, nə vaxt edəcəyini bilmir

11:23 04-12-2023 | icon 484 | Cəmiyyət
Həmkarlar Konfederasiyası nəyi harda, nə vaxt edəcəyini bilmir

Fuad Əliyev: “Səhiyyə sistemində həlli həmkarlar komitələri tərəfindən çözüləcək problemlər var”

 

Azərbaycanın səhiyyə sistemində ciddi problemlər olduğu barədə uzun müddətdir ki, danışılır. Tibbi xidmətlərin keyfiyyəti və digər problemlərə, İcbari Tibbi Sığorta da əlavə olundu. Səhiyyə işçiləri də üzləşdikləri coxsaylı problemlərdən danışır.

 

Məsələyə münasibət bildirən Müstəqil Həmkarlar Birliyinin (MHB) sədri Fuad Əliyev bildirib ki, ölkəmizdə keçirilən sosial islahatlar, səhiyyə sistemində də ciddi addımlar atılmalıdır.

 

 

Fuad Əliyev qeyd edib ki, Azərbaycanın səhiyyə sistemində, həm dövlət, həm də özəl sektorunda olan problemlər öz həllini tapmayıb:

 

“Tibb işçilərinin ümumi problemləri olsa belə, dövlət və özəl sektorunda çalışan işçilərin fərqli problemləri də mövcuddur. Özəl sektorda çalışan tibb işçilərimiz hüquqi cəhətdən bir çox problemlərlə üzləşirlər. Fəaliyyət göstərdikləri özəl müəssisələrdə işçi heyətin hüquqları bəzi hallarda həmin qurumların rəhbərləri tərəfindən pozulur”.

 

MHB sədri digər problem kimi tibbi personalın xəstələrə münasibətinə də diqqət çəkib:

 

“Tibbi personal xəstələrlə yaranmış insidentlərdə haqlı olsalar da, onların hüquqları qorunmur. Digər tərəfdən özəl sektorda həmkarlar təşkilatların fəaliyyəti təşkil olunmayıb. Ümumiyyətlə, özəl klinika sahibləri həmkarlar komitələrinin fəaliyyətlərindən maraqlı deyirlər. Dövlət sektorunda isə işçilərin özəl sektorunda işçilərlə müqayisədə az maaşların alınması digər problemlərə gətirib çıxarır. Həmkarlar komitələrinin fəaliyyəti olsa da, bu komitələr işçilərin hüquqlarını qorumurlar”.

 

Səhiyyə sektorunda çalışan işçilərin problemlərin həllini necə gördüyünə gəlincə, Fuad Əliyev vurğulayıb ki, bu məsələ kompleks şəkildə həll olunmalıdır. Onun sözlərinə görə, dövlət sektorunda çalışan tibbi personalın maaşları yüksək olmalıdır:

 

“Onlar xəstənin yaxınlarının əllərinə baxmamalıdırlar. Dövlət xəstəxanalarında xəstələrin qalmaq şəraiti də yüksək səviyyədə olmalıdır. Bu, tibb personalına da aiddir. Tibb personalı normal şəraitdə işləməlidir. Bu kimi problemləri çox sadalamaq olar. Dövlət sektorunda tibb işçilərinin problemləri daha çoxdur. Özəldə isə problem qeyd etdiyim kimi, həmkarlar komitələrinin olmamasıdır”.

 

F.Əliyev qeyd etdi ki, özəl klinikalarda həmkarlar komitələri yaratmaq istəyənlər Müstəqil Həmkarlar Birliyinə müraciət edirlər. Onun sözlərinə görə, klinika rəhbərliyinin buna icazə vermədiyi deylir:

 

“Klinika rəhbərliyi ilə görüşürük, onları başa salırıq ki, icazə verməmək qanuna ziddir. Ümumiyyətlə, dövlət və özəl sektorunda mövcud olan problemlərin əksəriyyətinin həlli həmkərlar komitələrinin üzərinə düşür. Həmkarlar Konfederasiyası isə sanatoriyaya göndərişlərin satılması ilə məşquldular, işçilərin hüquqlarının müdafiəsinə vaxt çatmır”.

 

AYSEL
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI