Əlil olan şəxslərin sosial ödənişlərində fərq olmayacaq

17:08 04-12-2023 | icon 394 | Cəmiyyət
Əlil olan şəxslərin sosial ödənişlərində fərq olmayacaq

Şəhidlərimizlə mina partlayışı nəticəsində əlil olan şəxslərin sosial ödənişlərində fərq olmayacaq.

 

Versus.az xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin təşkil etdiyi Peşələr Festivalının final mərhələsində Əmək və Əhalinin Sosial Müdafiə naziri Sahil Babayev jurnalistlərə açıqlamasında bildirib.

 

“Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olanlar, şəhidlərimiz və mina partlayışı nəticəsində yaralanaraq öz əzalarını itirənlərin, yəni əlillik qazanan şəxslərin statusunda hər hansı bir fərq yoxdur. Onlara sosial ödənişlər bərabər şəkildə şamil olunur” - deyə, nazir bildirib.

 

Qeyd edək ki, 2020-ci ilin noyabrından bu günədək ümumilikdə 197 mina hadisəsi baş verib. Bu partlayışlar nəticəsində mina qurbanlarının sayı 337-yə çatıb. Bu faciə Ermənistanın yaratdığı mina təhlükəsinin dəhşətlərini bir daha sübut edir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI