Ananın yaşayışı görənləri ŞOKA SALDI
Müstəqil Həmkarlar Birliyinin İdarə Heyətinin üzvləri Pirallahi sakini Sabina Tairovna Ribinanın Birliyə daxil olan şikayəti əsasında, onun evində olub baxış keçiriblər.
Versus.Az xəbər verir ki, bu barədə Müstəqil Həmkarlar Birliyinin Mətbuat Xidmətinin məlumatında bildirilib.
Sabina Rivina MHB-nin üzvlərinə bildirib ki, artıq 6 ildir iki uşaqla belə bir şəraitdə yaşayır. Hamam-tualet olmadığına görə, fiziololi ehtiyacları həyətdə edirlər.
Şikayətçi onu da qeyd edib ki, keçmiş həyət yoldaşı uzun illərdir ki, kəsilmiş alimenti ödəmir və uşaqlarla maraqlanmır. Onun sözlərinə görə, dövlət strurkturları da köməklik etmirlər. Qadın deyir ki, həftənin bir günü evdə olur, qalan günləri səhərdən gecəyə gədər kafelərdə qab yuyaraq qazandığı pulla iki uşağı böyüdür.
Müstəril Həmkarlar Birliyinin rəhbərliyi bu inanılmaz yaşayışla tanış olublar. Vəziyyətin ağırlığını görən Fuad Əliyev bildirir ki, Azərbaycan vətəndaşı bu şəraitdə yaşamamalıdır. Burda demək olar ki, heç ev də yoxdur.
MHB sədr müavini Xəzər Teyyublu da vurğulayıb ki, təkbaşına iki əsgər böyüdən ananın belə yaşayışı olmamalıdır.
Qeyd edək ki, Müstəqil Həmkarlar Birliyi bu məsələni diqqətdə saxlayacağını bildirib və qeyd edib ki, vəziyyətlə bağlı müvafiq orqanlara müraciət ediləcək.
AYSEL
versus.az
Xəbər lenti
Aliment üçün nikaha xitam verilməsi mütləq deyil
Tərəflər nikah müddətində olduğu zaman da aliment məhkəmə qaydasında...