“Növbədənkənar prezident seçkiləri gözlənilən qərar idi”

16:13 07-12-2023 | icon 562 | Siyasət
“Növbədənkənar prezident seçkiləri gözlənilən qərar idi”

Könül İsmayılova: “Yeni qloblal proseslərə hazırlıqlı olmalıyıq”

 

Prezident İlham Əliyev 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçiriməsi ilə bağlı sərəncam imzalayıb. Belə bir sual yaranır ki, növbədənkənar seçki hansı zərurətdən elan edildi?

 

Məsələyə münasibət bildirən Müasir Müsavat Partiyasının Siyasi Şura və İdarə Heyətinin üzvü Könül İsmayılova bildirdi ki, əslində bu qərarda qeyri-adi heç nə yoxdur.

 

Xanım siyasətçinin sözlərinə görə, siyasi proseslər fonunda belə bir qərar gözlənilən idi:

 

“2024-cü ilin dövlət büdcəsindən seçkilərin keçirilməsi və statistika tədbirləri üçün ayrılan məbləğ, 44 günlük Vətən müharibəsindəki tarixi qələbəmiz, ardınca 1 günlük lokal antiterror tədbirlərimiz sayəsində ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası diqtə edirdi ki, ölkəmizdə növbədənkənar president seçkiləri keçirilə bilər. Eyni zamanda, düşünürəm ki, növbədənkənar prezident seçkilərinin 2024-cü il fevralın 7-nə təyin edilməsi təsadüfi deyil. Xatırladım ki, 2024-cü il martın 17-də Rusiyada, 2024-cü il noyabrın 5-də isə ABŞ-da prezident seçkiləri keçiriləcək”.

 

K.İsmayılova hesab edir ki, Azərbaycanın Rusiya və ABŞ-dan əvvəl seçki keçirmək istəyi önəmlidir. Onun sözlərinə görə, yeni qloblal proseslərə hazırlıqlı olmaq lazımdır:

 

“Çünki artıq Qarabağ məsələsində Ermənistan məğlub, Azərbaycan qalibdir. Azərbaycanın qalibiyyətini həzm edə bilməyən qüvvələr təbii ki, aktivləşəcək və ölkəmizin daxili siyasi müstəvisinə təsir etmək istəyəcəklər. Əlbətdə ki, ölkə prezidentinin ətrafında bir yumruq olmağa davam etdikcə, heç bir kənar təsir bizə güc gələ bilməz. Odur ki, daha da güclənməliyik. Mən Müasir Müsavat Partiyasının yetkilisi kimi, növbədənkənar prezident seçkilərinin keçirilməsini gözləyirdim və belə bir qərarı partiya olaraq dəstəkləyirik”.

 

SEVDA
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...