Hafiz Hacıyev 5-ci dəfə prezidentliyə namizəd olacaq
"Növbədənkənar prezident seçkilərində iştirak edəcəyəm"
“Hazırda Partiyada toplanmışıq. Sabah 10:00-da Partiyanın İdarə Heyəti və Siyasi Şuranın üzvləri ilə yığışıb qərar verəcəyik. Strukturlar fikrimə hörmət etsələr, növbədənkənar prezident seçkilərində iştirak edəcəyəm. Bu, şəxsən mənim fikrimdir”.
Versus.Az xəbər verir ki, bunu Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev ölkə başçısının növbədənkənar prezident seçkiləri ilə bağlı sərəncamına münasibət bildirərkən deyib.
Partiya sədri Siyasi Şuranın qərarının vacibliyini vurğulayıb:
"Qurultay çağırılmalıdır. Mərkəzi Seçki Komissiyasının tələbinə uyğun olaraq bu cür olmalıdır. Bütün bunlar olsa, imzatoplama kampaniyasına başlasaq, bu işi uğurla başa çatdıra bilərik”.
Xəbər lenti
Moskvanın mərkəzində baş verən atışmadan XƏBƏR VAR
Hadisdə yaralanan və ölənlərin sayı artıb