Prezidentliyə eks-namizəd bu qərarı məntiqli addım sayır

15:30 08-12-2023 | icon 449 | Siyasət
Prezidentliyə eks-namizəd bu qərarı məntiqli addım sayır

Fuad Əliyev: "Gedin Azərbaycan Konstitusiyasını açın, vərəqləyin sonra danışın"

 

“Əslində bu gözlənilən idi. 2020-2023-ci illərdə torpaqlar azad olunandan sonra, məntiqli addımdır”.

 

Versus.Az xəbər verir ki, bunu növbədənkənar seçkilərlə bağlı açıqlamasında prezidentliyə eks-namizəd, politoloq Fuad Əliyev bildirib.

 

Fuad Əliyev qeyd edib ki, bu seçki ilk dəfə Azərbaycanın bütün ərazisində keçiriləcək ki, bunun da xüsusi əhəmiyyəti var:

 

“Neçə vaxtdır referendum, növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı fikirlər gəzirdir. Açığı deyim ki, 2018-ci ildən başlanan islahat işləri davamlı olmaq üçün növbədənkənar seçkinin keçirilməsi zərurəti yaranmışdır. Əslində bu, gözlənilən idi. 2020-2023-ci illərdə torpaqlar azad olunandan sonra növbədənkənar prezident seçkilərinin keçirilməsi qərarı məntiqli addımdır. Bu seçki ilk dəfə Azərbaycanın bütün ərazisində keçiriləcək. Digər tərəfdən, hər bir seçkidə seçicilərin etimadını qazanmaqla yanaşı, öz komanda üzvlərinin fəaliyyətinə də bir baxış keçirilir”.

 

Fuad Əliyev bəzilərinin qərəzli fikirlərinə də münasibət bildirib:

 

“Bu qərəzli fikirləri söyləyənlər cəmiyyətdə nüfuzu olmayanlardı və demaqogiyadır. Hər bir siyasi partiya istənilən vaxtda keçirilən seçkilərə hazır olmalıdır. Hər dəfə “seçki-seçki” deyənlər, indi “niyə seçkilər keçirilir” deyirlər, özlərini gülünc yerə qoyurlar. Əgər belə qücünüz varsa, onda seçkilərdə iştrak edib bunu sübut edin. Bunlar bilirlər ki, uduzacaqlar, ona görə keçiblər bu demaqogiyaya. Getsinlər Azərbaycan Konstitusiyasını açsınlar, vərəqləsinlər. 1995-ci ildə onların iştrakı ilə, özlərinin səs verdiyi və qəbul etdiyi Konstitusiyada yazılıb ki, seçkilərin, Referendumun keçirilməsi prezidentin səlahiyyətindədir. Çox böyük ehtimalnan deyə bilərəm ki, bunlar 1995-ci ildə qəbul edilən Konstitusiyanı da oxumayıblar”.

 

AYSEL
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI