Elm və Təhsil Nazirliyində DƏYİŞİKLİK

17:47 08-12-2023 | icon 628 | Təhsil
Elm və Təhsil Nazirliyində DƏYİŞİKLİK

Elm və Təhsil Nazirliyində yeni təyinatlar olub.


Versus.az xəbər verir ki, Elm və Təhsil Nazirliyinin Aparatında struktur dəyişikliyi edilib. Dəyişikliyə əsasən, İctimaiyyətlə əlaqələr sektoru ləğv edilib. Əvəzində İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsi yaradılıb.



Ləğv olunan İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehovun adı Elm və Təhsil Nazirliyində vəzifəyə yeni təyin olunan şəxslərinin siyahısında yer almayıb.


Əvəzində yeni yaradılan İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinə Səbuhi Rzayev müdir təyin olunub.



S.Rzayev bu təyinatadək naziliyin Vətəndaş müraciətləri ilə iş və kommunikasiya şöbəsinin müdir müavini vəzifəsini tuturdu.



1988-ci il təvəllüdlü S.Rzayev Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının və İngiltərənin York Universitetinin məzunu olub.

 

Elm və Təhsil Nazirliyinə gələnədək Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında çalışıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI