Ermənilərin yeni “Qarabağ Parlamenti” iddiasında gəzişən MARAQLARI

19:12 08-12-2023 | icon 937 | Geopolitika
Ermənilərin yeni “Qarabağ Parlamenti” iddiasında gəzişən MARAQLARI

İrəvan regionda separatizm kartını dirçəltməyə çalışır. 3 il əvvəl 44 günlük savaşın nəticəsində Azərbaycan ərazilərindən qovulan separatçı rejim, indi də Ermənistanda “Qarabağ Parlamenti” adlı toplantılar keçirdir, revanşizmi genişləndirmək üçün çabalayır. Siyasi təhlilçilər hesab edirlər ki, bu toplantı erməni separatçılarının özünü tam buraxmaq haqqında qərarı ilə ziddiyyət təşkil edir. Bu məsələnin yenidən gündəmə gətirilməsi, Ermənistanın əsl mahiyyətini, revanşist niyyətlərinin dəyişmədiyini bir daha göstərir.

 

İrəvanda “Qarabağ Parlamenti” adı altında toplantılar keçirməsinin Qərbin, Avropanın, ABŞ-ın diqtəsi ilə dirçəldiyi və regionda sabitliyin yaranmasına qarşı yönəldiyi istisna edilmir. Ermənilərin “Qarabağ Parlamenti” cəfəngiyyatı, eləcə də ABŞ, Avropadan Azərbaycana qarşı yönələn əks təsirlərin hansı məqsəd daşıdığı və hansı nəticələrə səbəb olacağı birmənalı deyil.

 

"Daxili sabitliyin pozulması niyyətini güdürlər"

 

Milli Məclisin deputatı Musa Quliyev açıqlamasında erməni separatçılarının “Qarabağ parlamenti” adında toplantılar keçirməsinin heç bir əhəmiyyətinin, mənasının olmadığını deyib.

 

M.Quliyev qeyd edib ki, qondarma separatçı rejim özünü buraxıb:

 

"Mövcud olduğu dövrdə özləridən başqa heç kəs onları tanımadı. Qarabağdan gedəndən sonra separatçı rejimin rəhbərlərindən olan Şahmaryan təşkilatı buraxdıqlarını elan etdi. İndi qondarma “Qarabağ Parlamenti” ndə nə danışacaqlarsa, bu nə Azərbaycan, nə Ermənisan, nə də Qarabağdan getmiş ermənilər üçün maraqlı deyil, real ola bilməz. Ermənilər özlərinin mövcudluğunu qorumaq istəyirlərsə, Azərbaycanla sülh imzalamalı, bölgədə iqtisadi, sosial və digər problemlərin həlli ilə məşğul olmalı, əməkdaşlığa başlamalıdırlar".

 

M.Quliyev Fransa, ABŞ-ın Azərbaycana təsirləri kontekstində  regionda qurulan oyunların arxasında sülhü əngəlləmək, daxili sabitliyin pozulması niyyətlərinin dayandığını bildirib. O, prosesin heç də tək Azərbaycan və Ermənistanla bağlı olmadığını, bölgə üzərində gizli və aşkar savaşların getdiyini deyib:

 

“Məsələ bölgəyə kimin “kədxudalıq” etməsi ilə bağlıdır. Rusiya bu bölgə ilə qonşu olduğuna və tarixi ənənələrinə görə özünün mövqelərini qoruyub saxlamışdı. Ukrayna-Rusiya müharibəsi başlayandan sonra isə Qərbin Rusiyaya qarşı hücumları, o cümlədən onun bölgədən sıxışdırılıb çıxarılması siyasətini ortaya atdı. Əvvəl Fransa, sonra Almaniya, ABŞ açıq şəkildə bölgədə nüfuz uğrunda savaşırlar. Amma düşünməlidirlər ki, bölgədə Azərbaycan kimi qüdrətli bir dövlət və onun Türkiyə kimi strateji müttəfiqi varsa, hər hansı oyunlar, riyakar, xəyanətkar addımlarla bölgəyə girmək mümkün deyil. Bölgəyə ancaq sülhlə, əməkdaşlıqla, hər iki tərəflə əməkdaşlıqlar qurmaqla girmək olar. Bunu Azərbaycan Prezidenti dəfələrlə öz çıxışlarında bəyan edib”.

 

M.Quliyev ABŞ -ın Azərbaycana qarşı siyasətində qeyri-standart yanaşmalarını önə çəkib. Deputat Azərbaycan siyasilərinin ABŞ Departamenti səviyyəsində Amerikaya buraxılmaması ilə bağlı fikir irəli sürüləndən iki gün sonra Blinkenin cənab Prezidentə zəng vuraraq nümayəndələrinin Azərbaycana buraxılmasını xahiş etməsini qeyd edib:

 

“Bu onu göstərir ki, Amerikanın siyasətində stabillik yoxdur, emossiyalara əsaslanan siyasət aparır. Bu mənada hesab edirəm ki, Blinkenin fikrini dəyişməsi və cənab Prezidentə zəng etməsi onu göstərir ki, bölgədə əməkdaşlıq edilən etibarlı dövlət yalnız Azərbaycandır. Eləcə də bu günlərdə “Vaşinqton post”-un Azərbaycan qarşı məlumatlar dərc etməsi, ermənipərəst mövqe, erməni diasporunun, ermənipərəst konqresmenlərin tapşırığı əsasında ola bilər. Hesab edirəm ki, Azərbaycanın bu gün yaratdığı reallıqlar fonunda ABŞ-ın bu cür addımları da ötüb keçəcək”.

 

“Qarabağ kartını” oynamaqda davam edirlər"

 

Politoloq Qabil Hüseynli bildirib ki, bu, sülh müqaviləsinin bağlanması ilə bağlı beynəlxalq ictimai rəyə təsir göstərmək üçün verilən qərardır.

 

Onun sözlərinə görə, Ermənistan hakimiyyət orqanları Qarabağla bağlı hər hansı siyasi qurumun və yaxud da qondarma qurumun ölkənin ərazisində iclas keçirməsinə razılıq verməyəcəyi sözünü verib. Amma revanşist qüvvələr, hakimiyyət nümayəndələri nəzərə çarpdırmadan “Qarabağ kartını” oynamaqda davam edirlər:

 

"Əgər revanşistlər bu məsələni daha radikal formada çözməyi tələb edirlərsə, iqtidar mənsubları məsələni beynəlxalq təşkilatların və iri dövlətlərin təzyiqi ilə həyata keçirmək taktikasını müdafiə edirlər”.

 

Q.Hüseynli bütün bu cəhdlərə baxmayaraq, “ermənilərin qatar çoxdan gedib”- deyə onların Qarabağın dağlıq hissəsinə yenidən qaytarılmasının mümkün olmayacağını bildirib:

 

“Saxta tarixin bir daha təkrarlanmasına imkan verilməyəcək. Çünki əzəli qədim Azərbaycan torpaqları yalnız azərbaycanlıların yaşamasına icazə verə biər. Ermənilər könüllü şəkildə o əraziləri tərk etdiyinə görə bir daha ora qayıtmaq hüquqlarını itiriblər”.

 

"Onlar bu yanlışları ilə Ermənistanı uçuruma aparırlar"

 

“Yeni Xətt” Müstəqil Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, siyasi ekspert Ramil Hüseynov qeyd edib ki, Ermənistan belə belə bir qurumun onlara heç bir aidiyyati olmadığını rəsmən bildirib.

 

Ekspert qeyd edib ki, Ermənistanda bir neçə ölkəyə, bir neçə xarici qrupa və onların maraqlarına xidmət edən quvvələr mövcuddur və onlar bu yanlışları ilə Ermənistanı uçuruma aparırlar:

 

“Nəinki qondarma “Qarabağ parlamenti”ni keçirmək, Ermənistan bir dövlət olaraq özünün siyasi idarəetmə qabiliyyətini itirib və bu siyasi müvazinətsizliyin əsirinə çevrilib. Onların boş revanşist davranıışlarının, addımlarının və bəyanatlarının heç bir huquqi siyasi əsası yoxdur. Bu hərəkətlər bir daha subut edir ki, Ermənistan dövləti separatizmin tibbi dildə desək, beyin xərçənginə tutulub. Bu siyasi xəstələrlə dünya icimaiyyəti, bəşəriyyətin “siyasi həkimləri” ciddi məşğul olmalıdır. Dünyada baş verən proseslər bunu diqtə edir. Bu xəstəlik müalicə olunmasa, regiona və daha sonra dünyaya mənfi təsirini göstərəcək. Biz dövlət olaraq bu xəstəliyi öz müalicə metodumuzla sağaltmağa çalışdıq və çox böyük naliyyətlərlə uğur qazandıq. Amma  təssüf ki, bəzi dövlətlər, hətta guya demokratik dəyərlərə xidmət edənlər bu uğurlu qələbədən özlərini təcrid edirlər. Yaxın gələcəkdə onların bizim doğru addım atmağımızla bağlı qənatə gəlməyinin etirafını görəcəyik. Biz o xəstəliyin heç bir halda bizim sərhədləri aşmasına imkan verməyəcəyik”.

 

"Kifayət qədər absurd bəyanatdır"

 

Politoloq Aytən Qurbanova ilk növbədə qeyd edib ki, heç vaxt olmayan və heç bir dövlət tərəfindən tanınmayan bir rejimin özünü buraxmaq qərarı qəbul etməsi kifayət qədər absurd bəyanatdır.

 

Onun qənaətinə görə, ümumiyyətlə, nə qondarma rejimin, nə də Ermənistanın hərbi-siyasi hakimiyyətinin heç bir nümayəndəsinin bugünə qədər verdiyi bəyanatlar etibarlı mənbə olaraq qəbul edilməyib:

 

“Onlar bütün fəaliyyətlərini hər zaman yalan üzərində qurublar. Ona görə də, ilk fürsətdə yenə “gizli toplantıların” keçirilməsi təəccüb yaratmır. Digər tərəfdən, qondarma qurumun hər hansı “fəaliyyəti” heç bir halda bizim üçün ciddi təhdid formalaşdıra və ya siyasi təsir mexanizminə çevrilə bilməz”.

 

"Sarkisyan, Köçəryan, Petrosyan kimi Rusiyameyilli qruplar..."

 

Siyasi ekspert Qulu Məhərrəmli bildirib ki, Ermənistandakı separatçı qruplar Qarabağ ermənilərini təzədən təşkilatlanmağa, komitə yaratmağa, parlament düzəltməyə sövq edən qüvvələr var.

 

Onun qənaətinə görə, bu prosesin qarşısında Sarkisyan, Köçəryan, Petrosyan kimi Rusiyameyilli qruplar dayanır:

 

“Məqsəd təkcə Azərbaycana qarşı deyil, həm də Ermənistanın daxilində gedən proseslərə təsir eləmək,  Ermənistanın qərbə meyillənməsinin qarşısını almaq,  Ermənistan-Qərb, Ermənistan Avropa Birliyi dialoqunu ləngitmk onu nəticəsiz hala gətirməkdən ibarətdir. Amma bunun heç bir perspektivi yoxdur. Çünki ermənilərin siyasət adamları 44 günlük müharibədən sonra elan eləmişdilər ki, Dağlıq Qarabağ erməniərinin heç bir gələcəyi yoxdur. Ona görə istər Ermənistan, istər Rusiyada separatizmi alovlandırmağa çalışan qüvvələrin cəhdləri xüsusilə də özlərinə yaxşı heç nə vəd eləmir”.

 

"Özlərinə hansısa virtual dünya qura, qərarlar verə bilərlər"

 

Politoloq Natiq Cəfərli bildirib ki, hansı bəhanələrlə gündəm yaratmağa çalışsa da, ermənilərin separatizmi alovlandırmaq imkanları, fürsətləri bitib.

 

Onun sözlərinə görə ermənilər özlərinə hansısa virtual dünya qura, qərarlar verə bilərlər:

 

“Reallıq tam əksini deyir. Qondarma qurum olsa da, onun buraxılması ilə bağlı rəsmilərin imzası var. Sadəcə müəyyən problemlər yaratmağa çalışacaqlar. Amma hansısa rəsmi qurum kimi fəaliyyət göstərmələri mümükün deyil”.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İsrail “Hizbullah” döyüşçülərinin yerləşdiyi binaya zərbə endirib, ölənlər var

Məktəblərarası biologiya yarışması keçirilib

İqtisadi tarazlıq nə zaman pozulur?

Hüquqi şəxslərə dair yeni tələb müəyyənləşir

Ögey anadan ŞOK ƏMƏL

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU