Seçkiləri müşahidə edəcək ATƏT nümayəndələrinin SAYI

13:50 29-12-2023 | icon 1037 | Gündəm
Seçkiləri müşahidə edəcək ATƏT nümayəndələrinin SAYI

Seçki günü isə 280 qısamüddətli müşahidəçinin iştirakı üçün sorğu göndərmişik.

 

Versus.az xəbər verir ki, məlumatına görə, bunu ATƏT-in Demokratik Təsisat və İnsan Haqıarı bürosunun (DTİHB) Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiərini müşahidə missiyasının rəhbəri İoğan Mörfi missiyanın açılışı ilə bağlı mətbuat konfransında deyib.

 

“Bundan əvvəl Azərbaycanda 12 seçki missiyası həyata keçirmişik. Biz Xarici İşlər Nazirliyinə və Mərkəzi Seçki Komissiyasına komandamızı təqdim etmək üçün görüşlər keçirmişik və hər iki quruma bizimlə əməkdaşlığa görə təşəkkürümü bildirirəm. Adətən ATƏT-ə üzv dövlətləri demokratiya ilə bağlı öhdəlik götürüb və hər bir ölkə seçkilərdə müşahidə mssiyasının fəaliyyəti üçün öhdəlik götürüb. Hazırda missiyamız 11 beynəlxalq expertdən ibarət və 9 üzv dövləti təmsil edirlər. Əsas komanda burada yerləşir və növbəti 8 həftə üçün burada ofisimizi qurmuşuq. Buradan missiyanın üzvləri Azərbaycanın müxtəlif regionlarına səfərlər edəcək. Bundan əlavə 3 yanvar tarixində 26 uzun müddətli müşahidəçi gələcək və regional səviyyədə seçkiləri müşahidə edəcək. Seçki günü isə 280 qısamüddətli müşahidəçinin iştirakı üçün sorğu göndərmişik. Onlar seçki günü seçki məntəqələrində səsverməni, səslərin hesablanmasını müşahidə edəcək, - deyə o əlavə edib.

 

Qeyd edək ki, 2024-cü il 7 fevral tarixində Azərbaycanda prezident seçkiləri keçiriləcək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI