Bakıda ƏMƏLİYYATLAR

13:51 18-01-2024 | icon 346 | Hadisə
Bakıda ƏMƏLİYYATLAR

Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin əməkdaşları tərəfindən son bir neçə gün ərzində keçirilən tədbirlərlə ümumilikdə 10 ədəd odlu silah, o cümlədən əməliyyat yolu ilə 3, əhali ilə aparılan profilaktik işlərin nəticəsi olaraq 7 ədəd tüfəng aşkar edilib. 

 

Versus.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

 

Belə ki, Şöbə əməkdaşları tərəfindən keçirilən  əməliyyat zamanı əvvəllər məhkum olunmuş Anar Hacıyevdən 1 ədəd “TT” markalı tapança, ona aid sandıqça, əvvəllər məhkum olunmuş Vidadi Məmmədovdan 1 ədəd “Makarov” markalı tapança, həmin silaha aid sandıqça, əvvəllər məhkum olunmuş Rüfət İbrahimovdan isə 1 ədəd “Kalaşnikov” markalı avtomat və sandıqça aşkar olunaraq götürülüb. 

 

Həmçinin, Şöbə əməkdaşlarının vətəndaşlar arasında son günlər apardıqları profilaktik söhbətlərlə ümumilikdə 7 ədəd ov tüfəngi də könüllü olaraq polis əməkdaşlarına təhvil verilib.

 

Şöbə əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə ümumilikdə 10 nəfər saxlanılıb və həmin şəxslər barəsində cinayət işləri başlanılıb.

 

Yanvar ayının əvvəlindən hüquqpozmalara qarşı Şöbə əməkdaşlarının keçirdikləri profilaktik tədbirlər nəticəsində müxtəlif inzibati qayda pozuntusu törədən ümumilikdə 655 şəxs də müəyyən edilib və həmin şəxslər barəsində inzibati protokollar tərtib olunub.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Müəmmalı səfərlər, hərbi sazişlər, gizli toplantılar...

İsrail bəyan etdi...

Türkiyədə meşə yanğınları başlayıb

Ronaldu altıncı AÇ-yə qatıldı

DTX-nin ƏMƏLİYYATI

Qəbul imtahanına qeydiyyat başa ÇATDI

Onkoloji xəstələrin tibbi sığorta ilə müalicəsi…

Xırdalanda partlayış SƏSLƏRİ

İnsanlarda qarpızla bağlı TƏRƏDDÜT

Çimərlikdə kişilər qadınlara hücum ÇƏKDİLƏR

Azərbaycana yay fəsli GƏLDİ

Növbədənkənar seçki qərarına REAKSİYA

Ordumuza qarşı xain PLAN

Taksi bahalaşdı, marşrutların intervalı isə...

Putindən gözlənilməz açıqlama