Məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları binalar SÖKÜLƏCƏK?

14:20 22-01-2024 | icon 283 | Cəmiyyət
Məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları binalar SÖKÜLƏCƏK?

Bir neçə gün əvvəl Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planının təqdimatı mərasimində məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları binaların bəzilərinin qəzalı vəziyyətdə olduğu üçün söküləcəyini, yenidən qurulacağını bildirib.

 

Məhz hansı ərazilərdəki binaların və nə zaman söküləcəyi maraq doğurur.

 

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib ki, hazırda belə bir siyahı yoxdur:

 

 

“Bu, təbii inkişaf prosesidir və bir çox amillərdən asılıdır. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, vətəndaşlar tədricən geri qayıdırlar. Köçürmə planları ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi məşğul olur”.

 

Komitədən bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır:

 

 

“İlk növbədə, müasir infrastruktur formalaşdırılır, dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya üçün zəruri şərait yaradılır. Köçürülmə bərpa olunmuş və yenidən qurulmuş yaşayış məntəqələri üzrə qrafikə uyğun aparılır. Bu zaman yataqxana, sanatoriya, yarımçıq tikili kimi müvəqqəti məskunlaşma obyektlərində, ağır şəraitdə yaşayan məcburi köçkünlər mərhələli şəkildə köçürülürlər”.

 

Azad olunmuş ərazilərə köçürülmə ilə əlaqədar ölkə üzrə tam boşaldılmış binalar yoxdur, bu səbəbdən də hələlik qəzalı vəziyyətdə olan binalar sökülmür.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qurban ətini neçə müddət saxlamaq olar?

Vlada Axundovadan YENİ KLİP

İsrail bəyan etdi...

Müəmmalı səfərlər, hərbi sazişlər, gizli toplantılar...

Türkiyədə meşə yanğınları başlayıb

Ronaldu altıncı AÇ-yə qatıldı

DTX-nin ƏMƏLİYYATI

Qəbul imtahanına qeydiyyat başa ÇATDI

Onkoloji xəstələrin tibbi sığorta ilə müalicəsi…

Xırdalanda partlayış SƏSLƏRİ

İnsanlarda qarpızla bağlı TƏRƏDDÜT

Çimərlikdə kişilər qadınlara hücum ÇƏKDİLƏR

Azərbaycana yay fəsli GƏLDİ

Putindən gözlənilməz açıqlama

Növbədənkənar seçki qərarına REAKSİYA