Yerin 300 metr altında
Nüvə müharibəsi başlayacağı təqdirdə hər şeyin məhv olacağını düşünən tədqiqatçılar İsveçrənin Alp dağlarında xüsusi sığınacaq inşa ediblər.
60 milyon məlumat “super” disklərə yazılıb və yerin 300 metr altında gizlədilib.
Hazırda dünyanın ən böyük narahatlığı Rusiyanın hansısa Avropa ölkəsinə hücumu nəticəsində Üçüncü Dünya müharibəsinin başlaması və nüvə döyüşlərinin yaranması ehtimalıdır. Avropa ölkələri sözün əsl mənasında müharibəyə hazırlaşır. Nüvə müharibəsi isə bəşəriyyətə dair bütün məlumatları məhv edə və dünyanı yenidən mağara dövrünə qaytara bilər. Bunun qarşısını almaq və bəşəriyyətlə bağlı bütün məlumatları mühafizə etmək üçün isə texnologiyadan istifadə olunur.
Bu baxımdan ABŞ-də yerləşən “Arch Mission Foundation” şirkəti tərəfindən “Global Knowledge Vault” (Qlobal Bilik Anbarı) adlı layihə həyata keçirilir. Layihə çərçivəsində bəşəriyyətə dair 60 milyon mikroskopik səhifəlik məlumat super yaddaşa malik disklərdə toplanır və bu disklər də İsveçrənin Alp dağlarında sığınacaqda mühafizə olunur.
Xüsusi dəvətlə sözügedən əraziyə gedən İngiltərənin “The Sun” qəzetinin müxbiri sığınacağın içərisində yeraltı tunellər, laboratoriyalar və miniatür dəmir yolu olduğunu yazıb.
Super yaddaşa malik bu kvars disklər İngiltərədəki Sauthempton Universitetinin Optoelektronika Laboratoriyasında hazırlanıb. Disklərin hazırlandığı texnologiyanın yaradıcısı olan professor Peter Kazanski onları “Supermen yaddaş kristalları” adlandırıb.
“Hətta 1000 dərəcə istiyə belə dözümlüdürlər. Sonsuza qədər məlumatın toplanması mümkündür, məhv edilə bilməz. Bu disklər insan beyninə bərabər tutuma malikdir və nano lazerlərlə həkk olunmuş məlumatları, “Vikipediya” və “Rosetta” dil arxivlərini ehtiva edir”, - deyə Peter Kazanski qeyd edib.
“Arch Mission Foundation” hər qitədə oxşar anbarlar yaratmağı hədəfləyir.
Həmçinin 7,5 santimetrlik disklərin Aya, Marsa, Veneraya və Yerə yaxın asteroidlərə də göndərilməsi planlaşdırılır.
Xəbər lenti
Məktəblərdə 17 günlük TƏTİL
COP 29-un keçiriləcəyi dövrdə dövlət məktəbəqədər təhsil...