Zəmanəmizi korlayanlar ordusu yaranır - SOS

11:16 30-01-2024 | icon 424 | Cəmiyyət
Zəmanəmizi korlayanlar ordusu yaranır - SOS

Könül İsmayılova: “Ədəbsiz ədəbdən, tərbiyəsiz tərbiyədən danışır”

 

“Zaman və insan qarşılaşdırması, münasibətləri haqqında mülahizələr heç bir düşünən beyindən yan keçmir. Sadəcə, bunları düşünmək üçün insana bir an, məqam gərəkdir: vaxtı yetişəndə Əlahəzrət Zaman özünü xatırladır...”

 

Bunu Versus.az-a “tik-tok” üzərindən olduqca ədəbsiz ifadə və hərəkətləri ilə ictimaiyyətin qınağına çevrilənlərlə bağlı açıqlamasında Nizami rayon İcra Hakimiyyətinin məsul işçisi, Müasir Müsavat Partiyasının Siyasi Şura və İdarə Heyətinin üzvü, psixoloq Könül İsmayılova bildirib.

 

Könül xanım qeyd edib ki, insan gərək edəcəyi hər əmələ görə cavab verəcəyini unutmasın. Onun sözlərinə görə, cəmiyyət o zaman korlanır ki, ədəbsiz ədəbdən, namərd mərdlikdən, tərbiyəsiz tərbiyədən danışır:

 

“Sağlam cəmiyyətin qurulması sağlam mühitdən keçir. Təəssüflər olsun ki, mühitimizi korlayan bir para özünü adam hesab edənlərin tərbiyəsizlikləri ilə zəhərlənir bu mühit. Hansısa baboşkimilər yeniyetmələrin əxlaqını pozur. Canlı yayımda “şir” yarışına çıxıblar. Hələ özünə xanım deyib uşağını da özüylə görüntüləyib xal qazanmaq üçün uşağının eşidəcəyindən çəkinməyərək abırsızcasına ən əxlaqsız söyüşlərlə özünü “qəhrəman” hesab edən qadınları demirəm. Bu nədir, zəmanəmi korlanıb, yoxsa zəmanəmizi korlayanlar ordusu yaranıb? Məncə SOS siqnalı verilməlidir”.

 

Psixoloqun fikrincə, sanki hansısa əllər sağlam gəncliyin yetişməsinin qarşısını almağa çalışır. Onun sözlərinə görə, sosial şəbəkələr üzərindən evlərə sırınan əxlaqsızlıq daha da genişlənmədən müəyyən yollarla qarşısı alınmalıdır:

 

“Azərbaycan oğuları 44 günlük müharibədə və 1 günlük antiterror əməliyyatında ona görə canlarını qurban vermədilər, yaralanıb əlillik qazanmadılar ki, onların qəhrəmanlıqlarından ruhlanan gənclərimizin mənəviyyatı “tik-tok”un əxlaqsız, milli dəyərlərdən anlayışları olmayan “qəhrəmanları” tərəfindən zəhərlənsin. Bunun qarşısı necə alına bilər, artıq bunu aidiyyəti şəxslər bilər. Məlumdur ki, lazım olduğu vaxt “tik-tok”a qadağa qoyulması mümkündür. Bunu müharibə və antiterror əməliyyatı zamanı da gördük. Mən demirəm bu sosial şəbəkə dayandırılsın. Amma qeyri-etik yayımların profilləri avtomatik olaraq dondurula bilər. Yəni artıq sosial şəbəkə istifadəçilərinin əxlaqsız qisminə qadağalar qoyulmalıdır”.

 

PƏRİ
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA