Müəllimlərin maaşlarına əlavələr olacaq?

17:26 02-02-2024 | icon 436 | Təhsil
Müəllimlərin maaşlarına əlavələr olacaq?

“2022-2023-ci illərdə Elm və Təhsil Nazirliyinin sertifikasiya qiymətləndirməsindən keçən müəllimlərin orta aylıq əməkhaqqısı 800 manatdır. 2023-cü ildən bu günə kimi 50 minə qədər müəllim sertifikasiya qiymətləndirməsindən keçib”.

 

Bunu “Trend”ə təhsil eksperti Kamran Əsədov deyib.

 

O qeyd edib ki, hazırkı dövrdə diaqnostik qiymətləndirmənin nəticələri müəllimlərin dərs bölgüsü zamanı nəzərə alınır.

 

“Bu, o deməkdir ki, diaqnostik qiymətləndirmənin nəticələri yüksək olan müəllim daha çox dərs saatı alır və bu da onun yüksək əməkhaqqı almasına imkan verir. Bir məqamı qeyd edim ki, dövlət büdcəsindən ən çox vəsait ayrılan sahələrdən biri təhsildir. Təhsilə ayrılan məbləğ 2023-cü ildə 4 milyard 423 milyon manat təşkil edir. Bu da 2022-ci illə müqayisədə 536,5 milyon manat və ya 13,8 faiz, 2021-ci ilin icra göstəriciləri ilə müqayisədə isə 1,3 milyard manat (42,4 faiz) çoxdur.

 

Hazırda Bakı şəhərində 8 965 müəllimin əməkhaqqısı 600-1000 manat, 476 müəllimin əməkhaqqısı isə 1500 manatdan yuxarıdır. Aparılan islahat nəticəsində həmin müəllimlərin orta aylıq əməkhaqqısı 800 manat təşkil etməklə, ölkə üzrə müvafiq göstəriciyə yaxınlaşıb. 2022-2023-cü ildə edilən artımlardan sonra müəllimlərin əməkhaqqısı orta hesabla 77-99 manat arası artıb. İndi pedaqoji stajı 3 ilə qədər olan və bir ştat cədvəli dərs yükü (18 saat) dərs deyən müəllim aylıq 662 manat, pedaqoji stajı 18 ildən çox olan və bir ştat cədvəli dərs yükü (18 saat) dərs deyən müəllim aylıq 794 manat əməkhaqqı alır.

 

Sertifikasiya ilə bağlı mövcud qaydalara əsasən, imtahan mərhələsində 30-50 bal toplayanların əməkhaqqı 10, 51-60 ballıq nəticə göstərənlərin maaşları isə 35 faiz artır.

 

Sertifikatlaşdırma prosesində yüksək nəticə göstərən 32 min müəllimdən 8 mininin əməkhaqqında 35 faiz artım olacaq. Yəni imtahanlarda yüksək nəticə göstərmiş hər dörd müəllimin üçünün maaşı 10 faiz artacaq. Yalnız hər dörd nəfərdən birində daha yüksək maaş artımı olacaq.

 

Amma düşünürəm ki, müəllimlərin sosial vəziyyəti ilə bağlı daha ciddi addımlar atmaq lazımdır. Müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi təhsilin inkişafına ciddi şəkildə müsbət təsir göstərər”, - deyə K.Əsədov bildirib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq