1800-cü illərə aid sirli gəmi

09:37 03-02-2024 | icon 525 | Maraqlı
1800-cü illərə aid sirli gəmi

Kanadada qədim yelkənli gəminin bir hissəsi sahilə çıxıb. Onu yerli sakinlər aşkar ediblər.

Bu barədə Nyufaundlend və Labrador Gəmi Qəzalarını Mühafizə Cəmiyyətinin prezidenti Nil Bercess xəbər verib.

 

Onun sözlərinə görə, tapıntı Nyufaundlend adasının cənub-qərbində, Keyp-Rey burnunda aşkar edilib. Gəminin 19-cu əsrdə inşa edildiyi qeyd olunub.

 

Həmçinin vurğulanıb ki, gəminin adaya çıxan hissəsinin ölçüsü 24 metrdir.  Bu onun ortaölçülü şxundan (iki və daha artıq dor ağacı olan yelkənli gəmi) daha böyük olduğunu göstərir.

 

Mütəxəssis hesab edir ki, yelkənli qayığı 2022-ci ilin sentyabrında regiondan keçən və Nyufaundlendin sahil xəttini dəyişdirən “Fiona” qasırğası dənizin dibindən qaldırıb.

 

O qeyd edib ki, adanın yaxınlığındakı dəniz dibi minlərlə batmış gəmi ilə doludur.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Həmin o “əsas müxalifət” hələ də düşmən dəyirmanına sü tökür”

Prezidentdən mühüm MESAJLAR

Paralimpiyaçımız FİNALDA

Növbəti köç karvanı Şuşaya çatıb

Ətin qiyməti QALXDI

AYNA-nın Təlim Mərkəzindən ŞİKAYƏT

Dəmrov xəstəliyinin növləri və MÜALİCƏSİ

"Azərbaycan Avropa ilə əlaqələrini genişləndirməkdə davam edir"

Yeni müharibə ocağının alovlanmasının qarşısı alınmasa…

Marsın suyu niyə quruyur?

Nəbi Xəzrinin 100 illiyi qeyd ediləcək

Güclü külək XƏBƏRDARLIĞI

Avtomobillərini bu yerdə qanunsuz park edənlər CƏRİMƏLƏNƏCƏKLƏR

Qadın maşını sındırdı, kişi evi yandırdı

Görün Hafiz Hacıyevin seçkiyə verdiyi qiymət nədir