Nə asfalt var, nə işıq

12:07 05-02-2024 | icon 246 | Sosial
Nə asfalt var, nə işıq

Biləcərinin yolları nə zaman düzələcək?

 

Bakının Binəqədi rayonu Biləcəri qəsəbəsində sakinlər yolların bərbad vəziyyətindən şikayətçidirlər.

 

Bu barədə vətəndaşların redaksiyasına göndərdikləri şikayətdə qeyd edilib.

 

Söhbət Biləcəri qəsəbəsi, Xudadat Məlikaslanov küçəsi, döngə 6 ünvanından gedir. Vətəndaş iddia edir ki, sözügedən ünvanda məhəllələrin yolları keçilməz haldadır:

 

“Yollarda nə asfalt örtüyü var, nə yol kənarında işıq dirəyi var. Sözün əsl mənasında bu əraziyə baxan bir nəfər şəxs, bir aidiyyəti qurum yoxdur. Dəfələrlə şikayət etmişik, sakinlər arasında imza toplayıb məktub yazmışıq, amma aidiyyəti qurumlardan şikayətimizə baxan olmayıb”.

 

Mövzu ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətindən bildirilib ki, sözügedən ünvanda asfalt örtüyünün yenidən salınması və təmir işləri ilə əlaqədar onlar aidiyyəti qurumlara müraciət ediblər:

 

“Asfalt örtüyünün bərpası və yenidən qurulması tədbirlər planına uyğun olaraq, mərhələli şəkildə həyata keçiriləcək”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq