Pensiyalar nə qədər artırılıb?

13:44 05-02-2024 | icon 535 | İqtisadiyyat
Pensiyalar nə qədər artırılıb?

Prezident İlham Əliyevin imzaladığı yeni “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” Sərəncam pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi, pensiyaların artırılması istiqamətində ardıcıl şəkildə atılan addımların növbəti davamıdır.

 

Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi məlumat yayıb.

 

Sərəncamla 2024-cü il yanvarın 1-dək təyin edilmiş bütün pensiyalar Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumata əsasən, 2023-cü il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 11,2 faiz indeksləşdirilməklə bu ilin 1 yanvar tarixindən artırılır.

 

Həmçinin, qulluq stajına görə əlavələr təyin edilmiş pensiyaların həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğlərinin və 2023-cü il yanvarın 1-dən pensiyaların tərkibinə daxil edilən maddi yardımların da qeyd olunan qədər indeksləşdirilməklə bu ilin əvvəlindən artırılması təmin edilir.

 

Bildirilib ki, artımlar elektron sistem üzərindən avtomatik şəraitdə həyata keçirilir və pensiyaçıların bunun üçün hər hansı sənəd təqdim etmələrinə, müraciətinə ehtiyac yoxdur.

 

Qeyd olunub ki, yanvar ayı üzrə pensiyalara edilmiş artımlar fevral ayının pensiyası ilə birgə ödənəcək:

 

“Məsələn, şəxsin pensiyası 500 manatdırsa, bu məbləğ cari il yanvarın 1-dən 11,2 faiz, yəni 56 manat artırılmaqla 556 manata çatdırılacaq, yanvar ayının 56 manat artımı da fevral ayının pensiyasına əlavə olunaraq veriləcək”.

 

Məlumata əsasən, ümumilikdə 1,1 milyon pensiyaçını əhatə edən artımlar üçün illik əlavə olaraq təqribən 630 milyon manat xərclənəcək.

 

Qeyd edək ki, pensiyaların indeksləşdirilməklə artırılması ötən ilin əvvəlindən bütün növ pensiyalara şamil olunur.

 

Hazırkı artım da həm ümumi əsaslarla pensiya təyin olunmuş, həm də qulluq stajına görə əlavə alan pensiyaçıları (pensiyaçı olan hərbi qulluqçular, hüquq-mühafizə orqanları əməkdaşları və b.) əhatə edir.

 

Sərəncamla tətbiq edilən indeksasiya üzrə artım 2023-ci il üzrə orta inflyasiya dərəcəsini (8,8 faiz) üstələyir.

 

Eyni zamanda, Sərəncamla istehlak qiymətləri indeksinin ötən il üzrə illik səviyyəsinə uyğun olaraq sığortaolunanların fərdi hesablarında 2024-cü il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalları da 8,8 faiz indeksləşdirilərək artırılır:

 

“Məsələn, şəxsin fərdi hesabında 50 min manat pensiya kapitalı toplanıbsa, bu məbləğ 8,8 faiz, yəni 4 400 manat artırılmaqla 54 400 manata çatdırılacaq. Bu da onu göstərir ki, işləyən şəxslərin fərdi hesablarında toplanan pensiya kapitalları yalnız hər ay onların əməkhaqlarından sosial sığorta ayırmaları əsasında deyil, həm də hər ilin əvvəlində dövlət tərəfindən indeksləşdirilmə əsasında mütəmadi olaraq artırılır”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər


“Yenidən müharibəyə başlamaq planları qururlar”

Misir-Azərbaycan əlaqələrinin inkişafından qarşılıqlı GÖZLƏNTİLƏR

El arasında “qulaqdibi” adlanan SVİNKA

Lənkəranda Uşaq Musiqi Məktəbinin HESABAT KONSERTİ

Almaniyada COP29-la bağlı sənədlər İMZALANDI

Azərbaycan BMT-nin şurasına üzv SEÇİLDİ

Azərbaycanlı astronavt kosmosa uçdu

Fransadan Rusiyaya ÇAĞIRIŞ

MEDİAdan jurnalistlər üçün MÜSABİQƏ

Şahmatçımız Fransa çempionu oldu

Laçına dolu yağıb

Dövlət Əmək Müfəttişliyi Xidmətində QANUN BOŞLUĞU

Bakı-Ağstafa qatarlarına Tovuzda dayanacaq VERİLDİ

Ağciyər xərçənginə qarşı YENİ ÜMİD

İsrailə 19 mindən çox raket atılıb