Məşhur alman brendi “Schuco” məktəbi Laçına GƏLİR

12:59 06-02-2024 | icon 458 | Qarabağ
Məşhur alman brendi “Schuco” məktəbi Laçına GƏLİR

Laçındakı “Zerti” Aqrosənaye Parkında fəaliyyət göstərən bütün müəssisələr dünyanın ən yeni texnologiyaları ilə ayaqlaşdığından, laçınlılar xaricdən dəvət edilmiş mütəxəssislərdən dərs alaraq həm işlə təmin olunur, həm də peşəkar vərdişlərə yiyələnirlər.  

 

“Laçın Abadlıq Xidməti” ASC-nin direktoru Nəsimi Əsədovdan aldığımız məlumata görə, “Zerti” Aqrosənaye Parkında yeni istehsalat müəssisələri açılıb. Onun sözlərinə əsasən, yeni müəssisələrin açılması nəticəsində Laçında 60 yeni vakansiya elan edilib. Bununla da əvvəlki göstəricilər nəzərə alınmaqla, Laçına qayıtmış 500 sakinin işlə təmin olunması həyata keçirilib. 

 

Yanvar ayından etibarən, Laçında yüksək keyfiyyətli dam örtüklərinin istehsalına başlanılıb. Cəmi 15-20 ilə korroziyaya uğrayan dəmir dam örtüklərindən fərqli olaraq, Laçında müasir italyan avadanlıqları ilə ötrüklər istehsal edilir ki, onların da 100 ildən artıq davamlılığı var. Məlum olduğu kimi, “Bakı Abadlıq Xidməti” MMC tərəfindən quruculuğu həyata keçirilən Laçında bütün tikinti materialları, o cümlədən dam örtükləri ən yüksək standartlara cavab verir. Yerli müəssisənin işə düşməsi isə nəqliyyat və çatdırılma xərclərini aradan qaldıracaq. Eyni zamanda, laçınlıların qabaqcıl texnologiyaları mənimsəyərək işə cəlb edilməsinə şərait yaradılacaq. Bu mənada, “Laçın” Aqrosənaye Parkında fəaliyyət göstərən hər bir müəssisə, həm də  tədris-təlim mərkəzi sayıla bilər. Belə ki, istehsal müəssisələri ilə paralel olaraq, Aqrosənaye Parkında məktəblər də qurulur ki, həmin məktəblərdə xaricdən dəvət almış mütəxəssislər bir neçə ay ərzində innovativ texnologiyalarla düzgün rəftar, istehsal gücünün artırılması üsulları ilə bağlı dərslər keçirlər. 

 

Yeri gəlmişkən, dünyada plastik qapı-pəncərə istehsalında bir nömrə sayılan “Schuco” məktəbi Laçında açılmaq üzrədir. Bu, o deməkdir ki, məşhur brendin keyfiyyətli nümunələrini artıq Laçından da əldə etmək mümkün olacaq. “Bakı Abadlıq Xidməti” MMC-nin mühəndisi Fuad Məmmədovun fikrincə, Laçın istehsalı dam örtükləri işğaldan azad edilmiş Qarabağda quruculuq işlərinə cəlb edilmiş tikinti şirkətlərinin ehtiyaclarını qismən qarşılamağa qadirdir.

 

Qeyd edək ki, cəmi 11 ay ərzində bir çox müəssisələrin - o cümlədən, heyvandarlığın inkişafı üçün seleksiya mərkəzinin, orqanik istixanaların, “Aydınoğlu” mebel fabrikinin, ət kəsimi, yuyucu vasitələr istehsal edən sexlərin fəaliyyət göstərdiyi “Zerti” Aqrosənaye Parkı yeni fəaliyyətə başlayan sahələr - ayaqqabı fabriki, “Philips” lampaları ilə çalışan bralar və ekoodun istehsal edən böyük sexlər hesabına sürətlə genişlənməkdədir. Hazırda yerli sakinlərin çalışdığı Aqrosənaye Parkının 1200 laçınlını işlə təmin edəcək potensialı var.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

MEDİAdan jurnalistlər üçün MÜSABİQƏ

Bu gün daha dörd oyun keçiriləcək

MM-in komitə sədrindən DƏSTƏK

Noyabr ayının QEYRİ-İŞ GÜNLƏRİ

Avropa ölkələrindən Gürcüstanla bağlı BƏYANAT

Türkiyə Cümhuriyyəti - 101

"WhatsApp"da YENİ FUNKSİYA

“Qızıl top” mükafatının QALİBİ

Gürcüstanın MSK-sı bülletenləri yenidən SAYACAQ

"Kartdan-karta" əməliyyatına görə 6 min manat CƏRİMƏ

Bakıda DƏHŞƏTLİ HADİSƏ

7 şəhidimiz dəfn olunacaq

"Ermənistan silahlandıqca Azərbaycan daha da güclənəcək"

Dövlət qurumlarımız Türkiyəni təbrik etdilər