“Zəfər seçkisi” seçicilərinin təsüratları - REPORTAJ

18:21 07-02-2024 | icon 395 | Cəmiyyət
“Zəfər seçkisi” seçicilərinin təsüratları - REPORTAJ

Zəfər Seçkin mübarək, Azərbaycan! Layiq olan o səsi mütləq qazanacaq!

 

Bu gün - 2024-cü il fevralın 7-si, Növbədənkənar Prezident seçkiləri günüdür. Azərbaycan xalqı, ictimaiyyəti bambaşqa bir tarix yaşayır.

 

Bu gün, fevralın 7-də seçki məntəqələri səhər saat 8-də açılıb və səsvermə 19:00-a qədər davam edib. Prezident seçkilərini izləmək üçün 89 min 366 yerli müşahidəçi qeydiyyatdan keçib.

 

Versus.Az “Həftə içi” qəzetinin reportajını təqdim edir:

 

Bir çox rayon üzrə bir neçə seçki məntəqəsində seçkiləri izlədik, insanlarla söhbətləşdik. Hətta məntəqələrdən kənarda yollarda qarşılaşdığımız insanların da seçki ilə bağlı fikirlərini soruşduq. Bu seçki ağsaqqal, ağbirçəklərin, gənclərin, qazilərin, əlil və körpələrin sevinclə qarşıladığı, qatıldığı bir seçki prosesi olaraq diqqətimizi çəkdi. Biz bir gerçəkliyin şahidi olduq. İndi sizi də gördüklərimizlə tanış edəcəyik.

 

Əsası ilə aram-aram seçki məntəqəsinə daxil olan ağsaqqala yaxınlaşdıq. Bu, 1939 il təvəllüdlü, elimizin ziyalısı Rüstəmov Vilayət Əşrəf oğludur. Onun seçki təəsüratları, seçkiyə münasibəti çox maraqlı və ibrətamizdir:

 

 

“Molla Pənah Vaqifin bir sözü var, onu prezidentimiz haqqında demək istəyirəm:

 

Dağların döşündən yollar çəkilsin,
Yollar kənarında güllər əkilsin,
Nəğmələr bəzəsin vətən mülkünü
Mən də qocalanda görüm o günü…

 

Şair elə bil bu sözləri bizim prezidentimiz haqqında deyib. Mən çox sevinirəm ki, bu gün gəlib belə bir gündə prezidentimə səs verirəm. Prezidentim bizim kimi qocaların yaşının üstünə yaş qoydu. Rəhmətlik Ədalət deyirdi ki, mən Qarabağa əyaqyalın, sazımla çala-çala gedəcəm. Onun kimi düşünənlərin bu istəyi gerçəkləşdi…

Hamınıza əminəmanlıq arzu edirəm. Vətənimiz belə gözəl olmamışdı. İlham Əliyev bizim ölkəyə, Azərbaycana böyük yenilik gətirdi, böyük tarix yazdırdı. İndi yolların qırağında güllər əkildi, körpülər salındı.

Mən Qarabağın çox yerində olmuşam, cənnət guşəsidir. Mən Kəlbəcəri heç yerə dəyişə blmərəm. Özüm Kəlbəcərdən deyiləm, Gədəbəydənəm. Kəlbəcərin Seyidlər kəndində olmuşam, çox gözəldir, Basarkeçərə gedən yerləri gəzmişəm. Dağın başına çıxmışam, sularından içmişəm görüm nətərdir. Allahtəla bizim ölkəyə hər şey verib. Bizdən, bu torpaqda doğulan insanlardan o asılıdır ki, o torpaqların hamısına yiyə çıxaq, qoruyaq, onun bir qarışını yağılara verməyək.

Mənim nəvəm də Milli Qəhrəmandır - Məzahir Rüstəmov. Onun da bir körpəsi qaldı, Gədəbəyin Şınıx kəndində şəhid oldu”.

 

Maraqlı nüanslardan biri odur ki, ağsaqqalın sözlərini dinləyən hər kəsin üzündə bir təbəssüm, qürur hissi yaşanırdı…

 

Seçici ehtiyatda olan Kapitan Dilqəm Abbaszadə:

 

"Əlbəttə ki, bu gün böyük fəxarət, sevinc hissi ilə səs verməyə gəlmişəm. Torpaqlarımız işğaldan azad edilib. Azərbaycana müstəqillik, suverenlik qazandıran, yeni bərpa edilmiş və bu gün azad olunmuş ərazilərimizdə böyük işlər gedir.

 

Bunu bizə Ordumuzun Ali Baş Komandanı, prezidentimizə səs verəcəm. II Qarabağ döyüşlərinin iştirakçısı olmuşam. Bu gün azad, sülh şəraitində iştirak etməkdən böyük qürur, fəxarət hissi keçirirəm. Böyük sevinc hissi yaşayırıq. Bu gün müharibədə bizə dəstək olan Baykar şirkətində çalışram. Çox qürurluyam".

 

Binəqədi Qaradağ 11 saylı seçki dairəsinin 15 saylı seçki məntəqəsinin sədri Zamir müəlim seçkinin çox yüksək səviyyədə geçdiyini bildirdi:

 

“Kimə səs verməyindən asılı olmayaraq hamı fəallıq göstərir. Saat 12-yə qədər qısa vaxt ərzində hardasa 300-dən çox insan səs verib. Neqativ hallar yoxdur. Seçicilər hüquqlarını bilir, bilməyənlərə də biz yardım edirik”.

 

14 saylı seçki məntəqəsinin sədri də seçki proseində böyük izdiham yaşandığını bildirib:

 

“Sağ olsun seçicilərimiz, aktiv iştirak edirlər. Növbəli şəraitdə gəlib istədikləri namizədə səs verirlər”.

 

Abşeron rayon 35 saylı seçki məntəqəsində səs vermədə iştirak edən seçicilər Vüqar və Nailə Həsənovlar iki azyaşlı övladları ilə gəlib. Onlarla 35 saylı seçki məntəqəsinin qarşısında rastlaşdıq.

 

Müşahidələrimizə görə və özlərinin də söylədikləri kimi səsverməyə böyük həvəslə qatılıblar. Bir sadə ailənin seçki sevincini, onların sualsız, sorğusuz – “biz prezidentimizə səs verdik. Buna görə də qürurluyuq” demələrində açıq şəkildə hiss etmək olar:

 

"Biz kimə səs verdiyimizi gizlətmirik. Heç bu barədə düşünüb, seçim də etmədik. Təbii ki, son bir neçə ildə Azərbaycana sevinc yaşadan şəxsə səs verdik. Bizim seçdiyimiz namizəd, artıq hər yerdə öz sözünü deyib, böyük əməlini ortaya qoyub, xalqı sevindirib. Başqa kimə səs verə bilərik? Bizim seçdiyimiz ən layiqli namizdə odur!”

 

II Qarabağ döyüşlərinin işrirakçısı, qazi Cavid Hüseynov seçki prosesini izlədiyini və seçkilərin çox rəvan, yaxşı keçdiyini bildirdi.

 

Səsvermə şəfafafdır. Hətta çox insanlar kimə səs verəcəyini belə gizlətmir. Bu bizi sevindirir. Bu seçkidə Ali Baş Komandana səs verəcəyini deyən, qazimiz Füzuli, Cəbrayıl, Xocavənd, Daşaltı əməliyyatlarında iştirak etdiyini, döyüşlərdə müxtəlif yaralar alsa da, zəfər çalan bir dövlətə xidmət göstərməsi ilə qürurlandığını bildirdi.

 

Dedi ki, bu seçki zəfərin bizi yönəltdiyi bir seçkidir. Burada əslində əsas sözü torpaqlarımızın işğaldan azad olunduğu tarix deyib. Və bu Zəfər seçkisində öz sözünü deyir…

 

Abşeron rayonu 35 saylı seçki məntəqəsinin sədri Mövsümova Xəzangül seçkilərin böyük bayram əhval-ruhiyəsində keçdiyini deyib:

 

“Seçki prosesi çox yaxşı gedir. Hamı çox gözəl əhval-ruhiyə ilə seçkiyə qatılıb. Demək olar ki, bayram sevinci, qələbə sevinci var hər kəsdə. Çünki biz qalib bir ölkənin seçkisini keçirdirik. Ona görə də bu gün bizə toy-bayramdır”.

 

Məntəqədə milli şirniyyatlarla bəzədilmiş süfrələr diqtimizi çəkdi.

 

Müstəqil müşahidəçi Fərəcova Zülfiyyə səhər saat 8:00-dan seçkiləri izlədiklərini və xalqın bu seçkiyə bambaşqa ruhla qatıldığını qeyd edib.

 

Hamı aktivdir, zəfər çalmış xalq sanki bu tarixə özünün imzasını atmaq üçün tələsir.

 

Səs verməyə hazırlaşan Əhmədova Aygün xanmdan seçki təəssürtını soruşuram.

 

Deyir ki, heç bir müdaxilə, təsir olmadan sərbəst şəkildə səsini verəcək. Sonra seçici xanım əlavə edir:

 

"Əlbəttə kimə səs verdiyimi deməyəcəm, amma kim bizim torpaqları işaldan azad edib, haqqımızı qoruyub, bu gün ona səs verəcəm. Mənim kimi düşünənlər əksəriyyət təşkil edir”.

 

Jurnalist Arzu Zeynallı bildirib ki, ilk dəfədir ki, tamamilə könül rahatlığı və qürurla qərarlı şəkildə seçkiyə qatılıb səs verdi:

 

“Qürurluyam ona görə ki, vətənim Laçın və digər işğaldan azad edilən ərazilərimizdə 30 ildən sonra seçki keçirilir. Zəfər Seçkisi kimi dəyərləndirilən bu ilin Prezident seçkisi tarixə elə bu adla dadüşdü. Və mən çox şadam ki, belə bir tarixi yaşamaq mənə də qismət oldu.

 

Səsverməyə gələn insanlarımızın baxışları, sevinc hissləri də əvvəlki seçkilərdən olduqca fərqlidir. Qalib və əraziləri bütöv olan bir ölkənin azad seçicisi olmaqdan gözəl hiss yoxdur məncə. İnşallah bu seçki dövlətimiz və xalqımız üçün düşərli, uğurlu olsun”.

 

Müəllimə Aynurə Rəcəbova Xırdalan şəhər 20 saylı seçki məntəqəsində səs verib. Deyir ki, bu il keçirilən növbədənkənar Prezident seçkisi əvvəlki seçkilərdən çox fərqlənir:

 

"Hamı yüksək qürur hissi ilə səsvermədə iştirak etmək üçün tələsirdi. Yol boyu qarşılaşdığım insanların üzlərindəki sevinc dolu baxışlar insanda bir əminlik yaradır ki, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu şaddır. Azad və bütöv Azərbaycanın vətəndaşları inamla öz seçimini həyata keçirtdi. Qalib bir ölkənin vətəndaşı olaraq keçirdiyimiz qürur hissini borclu olduğumuz İnsana səs verərək bu seçkidə iştirak etməyimizlə, belə bir Vətənin vətəndaşı olmağımızla fəxr edirik".

 

 

Müəllim Cəsarət Pənahəliyev deyir ki, çox seçkidə müşahidəçi, məntəqə üzvü kimi iştirak edib, amma bu seçkidə yaşanan sevinc hissini heç birində müşahidə etməyib:

 

"Bu sevinci təkcə kənardan müşahidə etmədim, özüm də yaşadım. Belə də olmalı idi. Çünki 30 il torpaqlarımız işğal altında qaldı. Həmin dövrlərdə keçirilən seçkilərdə iştirak edib, sözümüzü, səsimizi veriridik. Amma ürəyimizdə bir narahatlıq var idi. Çünki torpaqlarımız azad deyildi, Şəhidlərimizin tökülən qanının qisasını almamışdıq. Amma indi tamamilə başqa bir tarixi prosesin içərisindəyik və iştirakçısıyıq. Torpaqları azad edilmiş, suveren, sərhədləri bütöv, mübariz bir dövlətin vətəndaşı olaraq öz demokratik hüquqlarımızdan sərbəst şəkildə istifadə edirik. Qürurluyuq. Mənim bu sözlərimin arxasında kimə səs verəcəyim də gün kimi aydın görünür".

 

Məntəqyə doğru irəliləyən xanımlardan biri müəllimə Hüseynzadə Leyla, 6 aylıq Fuadın anası Abdullayeva Qizbəs idi.

 

Müəllimə Leyla Hüseynzadə seçmək istədiyi prezidentinin artıq öz əməli ilə tarix yazaraq çoxdan seçildiyini deyib:

“Biz sadəcə ona səs verəcəyik. Seçmək istədiyimiz prezidentimizdir. Ona güvənirik. Gələcəkdə xalqımızla birlikdə daha böyük uğurlar əldə edəcəyinə inanırıq. Qalib prezidentimizlə birlikdəyik!”.

 

Səsverməyə qatılan Abdullayeva Qizbəs 6 aylıq oğlunu - Fuadı da özü ilə götürüb. Deyir ki, o, oğlunun azad, müstəqil bir ölkədə yaşamasını, gələcəyinə xoşbəxtlik vəd etdiyinə inandığı, güvəndiyi namizədə səs verəcək. Qizbəst xanım deyir ki, oğlunu bu seçkiyə aparmasınn da xüsusi mənası var. O, oğlunun torpaqlarını işğaldan azad edən, ölkəyə sülh gətirən bir namizədə səs verərkən tarixi səsəverəmədə iştirak etməsini istəyib. Gənc seçici ana düşünür ki, bu tarix körpə oğlunun gələcək həyatına uğur gətirəcək…

 

 

…Bu gün səsvermək hüququ olan insanlar seçdiyi, bəyəndiyi namizədə səs vermək üçün seçki məntəqələrinə axışır. Hər kəsin üzündə başqa bir həyəcan var - “Zəfər seçkisi”. Vətəndaş 30 ildə ilk dəfədir ki, torpaqları azad, müstəqil, suveren bir dövlətin vətəndaşı olaraq öz liderinə, prezidentinə səs verəcək. Sanki o, bu səsi ilə 2020-ci ildə yazılan böyük zəfər tarixinə bir daha özünün imzası ilə güc qatacağını düşünür. Və bu gün Prezident seçkilərinə qatılarkən bunu özünün iştirakı ilə bir daha bəyan edir.

 

Zəfər Seçkin mübarək, Azərbaycan! Layiq olan o səsi mütləq qazanacaq!

 

Qeyd edək ki, MSK tərəfindən prezidentliyə namizəd kimi 7 nəfər qeydiyyata alınıb - hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev.

 

 

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Samir yeniliklərlə qayıtdı

Bəzi tikinti materialları BAHALAŞACAQ

Ənvər Sadıqov - 58

Sağlamlıq haqqında arayış elektron şəkildə VERİLƏCƏK

Türk dünyasının deputatları Xankəndidə

Azərbaycanda dəhşətli hadisə

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Haaqada Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddianın dinləmələri BAŞA ÇATIB

Fuad Muradov 7 kişini şantaj etdi və...