Qara qüvvələrə tutarlı CAVAB

10:23 12-02-2024 | icon 445 | Siyasət
Qara qüvvələrə tutarlı CAVAB

Rauf Qurbanov: "Bu, onun keçən dövr ərzində apardığı ardıcıl siyasətin nəticəsi idi"

 

"Prezidentliyə namizəd İlham Əliyevin öz ailə üzvüləri ilə birlikdə Qarabağda, məhz Xankəndi şəhərində səs verməyə qatılması, atılmış bu müdrük addım, bir daha dünyaya Azərbaycan Respublikasının ərazi bütövlüyünün de-fakto təsdiqi və Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasını istəməyən qara qüvvələrə tutarlı bir cavab idi".

 

Versus.Az xəbər verir ki, bunu siyasi icmalçı Rauf Qurbanov Azərbaycanda keçirilən növbədənkənar seçkilərin əhəmiyyəti ilə bağlı açıqlamasında bildirib.

 

R.Qurbanov hesab edir ki, bu seçkidən sonra Azərbaycanın təkcə Cənubu Qafqazda yox, ümumiyyətlə dünyada gedən proseslərə təsir imkanları daha da artacaqdır:

 

“Bu seçki, mahiyyət etibarı ilə əvvəlki seçkilərindən tamamı ilə fərqlənirdi. İlk dəfə idi ki, seçki, Azərbaycan Respublikasının suveren hüquqlarının bərpa olduğu bütöv corafi ərazilərdə keçirilirdi. 30 ilə yaxın bir dövrdə düşmən işğalı altında olan torpaqlarımızın qısa zaman kəsiyində-44 gündə azad olunmasında müstəsna xidmətləri olan Ali Baş Komandanı, xalqımız 7 fevral 2024-cü ildə Respublikamızda keçirilən növbədənkənar prezident seçkilərində layiqincə qiymətləndirdi. Seçicilərin əksər çoxluğu İlham Əliyevə inamla səs verərək onu növbəti müddətə prezident seçdi”.

 

R.Qurbanov qeyd edib ki, hələ seçkidən öncə də prezdentliyə namizədlikləri qeydə alınmış yoldaşlar içərisində Yeni Azərbaycan Partiyasından prezdentliyə namizəd İlham Əliyevin ictimaiyyət arasında reytinqinin yüksək olması və seçki marafonunda favaritliyi heç kimdə şübhə doğurmurdu:

 

"Dünyanın nüfuzlu dövlətlərinin və Beynəlxalq təşkilatların apardıqları rəy sorgularının nəticələrinə görə YAP-ın namizədinin öz rəqiblərindən çox böyük fərqlə irəlidə olması, onun keçən dövr ərzində apardığı ardıcıl siyasətin nəticəsi idi".

 

LƏMAN
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İqtisadi tarazlıq nə zaman pozulur?

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

Roza Zərgərlinin 12 min manatlıq TOYU

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR