Yaş həddi +18 olan o film...

11:55 12-02-2024 | icon 1891 | Film
Yaş həddi +18 olan o film...

Aktyor-rejissor Hikmət Rəhimov dram janrında çəkdiyi “Apatiya” filmini ictimaiyyətə təqdim etdi. Yaş həddi +18 olan, 500-600 nəfərin iştirak etdiyi filmin qala gecəsi “Flame Towers”də, park sinemada izdihamla keçdi. Film onu izləyən tamaşaçılar tərəfindən bəyənildi, fərqli reaksiyalar yaratdı və səs-küyə səbəb oldu.

 
Versus.Az xəbər verir ki, 20-dən çox aktyoru, rejissoru, texniki heyyəti bir araya toplayan “Apatiya” TV, mətbuat və sosial şəbəkələrin gündəmində olan yeganə filmdir.

 
Film tamaşaçı marağının çox olması ilə əlaqədar Fevralın 9-dan ölkənin bütün kinoteatrlarında nümayiş olunur.


Bu dram, eləcə də peşəkar heyət filmin böyük tamaşaçı auditoriyası qazanmasına şübhə doğurmur.

 
Bir ailənin faciəsindən bəhs edən bu film şəraitsiz evdə sevgisiz böyüyən Akifin həyatına işıq tutur. Savadsız və işsiz valideynləri tərəfindən məktəbdən çıxarılan və işləməyə məcbur edilən bu uşaq maşın ustası olan narkoman əmisinin yanına gedir.


Bütün bu xaosun fonunda evdə baş verən qətl hadisəsi hər şeyi dəyişir və fikirləri başqa səmtə yönəldir.
 
 





 

Ayəndə Dadaşova
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Həmin o “əsas müxalifət” hələ də düşmən dəyirmanına sü tökür”

Yeni müharibə ocağının alovlanmasının qarşısı alınmasa…

Xalq artisti Mobil Əhmədovun xatirəsi anılıb

Kremldən ABŞ-yə ÇAĞIRIŞ

"Formula-2" yarışına start verildi

AFFA-nın İcraiyyə Komitəsi toplaşır

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Yeni tələbələrin NƏZƏRİNƏ

"O, şorgöz kişi, mən də onun sevdiyi qızın zırpı qardaşı idim"

Azərbaycanın bəzi ərazilərinə QAR YAĞIB

SOCAR-ın yaranma günüdür

“Formula-1″lə əlaqədar sürücülərə MÜRACİƏT

Yeni Günəşlidə sakinlər şikayətçidirlər

Türkiyədə nəhəng çuxur aşkarlandı

VI tura bir oyunla start veriləcək