"Qərbin, Avropanın fikirləri bizi düşündürməməlidir"
Təyyar Yəhyayev: “Azərbaycan öz sözünü dedi, yolunu seçdi”
“7 fevral növbədənkənar seçkilərində ilk dəfə idi ki, Azərbaycanın bütün şəhər və rayonlarında seçki məntəqələri quruldu. Azərbaycan xalqı seçkiyə çox böyük əhval-ruhiyə ilə qatılmışdı. Çünki Azərbaycan seçicisi qalib xalq, qalib ordu kimi seçkilərdə iştirak edirdi”.
Versus.Az xəbər verir ki, bunu siyasi şərhçi Təyyar Yəhyayev prezident seçkiləri ilə bağlı açıqlamasında bildirib.
Ekspert bildirib ki, Azərbaycan bu tarixi seçki ilə dünyaya bir sıra mesajlar verib. O, hesab edir ki, bu seçkinin verdiyi ilk mesaj Azərbaycanın çox qədim dövlətçilik ənənələrinə malik olması, birlik olan yerdə məğlubedilməzlidyidir:
“Prezidentin ailəsi bir yedə Xankəndidə səs verməsi “bizim torpaqlarda Azərbaycan vətəndaşından başqa digər ölkənin vətəndaşı səs verməyəcək, bu torpaqlarda yalnız Azərbaycan seçki keçirib, azərbaycanlılar səsvermədə iştirak edə bilər” ikinci mesajını verdi. Biz bu sesvermə ilə Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü təsdiq etdik”.
T.Yəhyayev bildirib ki, Qərbin Azərbaycanda seçkilərin keçirilməsini istəmədiyi bu seçkidən sonra aparılacaq islahatlarla Azərbaycanın daha da güclənəcəyini bilməsidir:
“Avropa qarşıda güclü Azərbaycanı görmək istəməsə də, Azərbaycan öz sözünü dedi, yolunu seçdi. Qərbin, Avropanın fikirləri bizi düşündürməməlidir. Seçki ölkədə gedən islahatları sürətləndirəcək”.
LƏMAN
versus.az
Xəbər lenti
Moskvanın mərkəzində baş verən atışmadan XƏBƏR VAR
Hadisdə yaralanan və ölənlərin sayı artıb