Azərbaycanda film kimi HADİSƏ

15:16 12-02-2024 | icon 361 | Cəmiyyət
Azərbaycanda film kimi HADİSƏ

Süni mayalanma ilə ana olan qadın başqa donorla ərini aldatdı

 

Azərbaycanda süni mayalanma yolu ilə əkiz övladlara sahib olmuş bir ailənin münaqişəsi məhkəməyədək uzanıb.

 

Versus.az xəbər verir ki, film kimi hadisə barədə tanınmış hüquqşünas Əkrəm Həsənov məlumat yayıb.

İşin təfərrüatları Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-586/2021 saylı iş üzrə 15 mart 2021-ci il tarixli Qərarında əks olunub.


Belə ki, 2005-ci ildə nikaha girən ər-arvad uzun müddət övlad sahibi ola bilmədiklərinə görə süni mayalanma yoluna əl atıblar. 2010-cu ildə süni mayalanma nəticəsində ailədə əkiz övladlar dünyaya gəlib. Süni mayalanma üçün tələb olunan bütün xərcləri ər ödəyib. O, dünyaya gələn əkiz uşaqlara doğma övladları kimi nəvaziş və qayğı göstərib. Lakin ailənin xoşbəxtliyi uzun sürməyib.


7 ildən sonra – 2017-ci ildə ər-arvad arasında düşən münaqişə onların boşanması ilə nəticələnib.

Boşanma ərəfəsində arvad kişiyə deyib ki, “sən heç uşaqların bioloji atası da deyilsən”. Bundan sonra ana uşaqları da götürərək ata evinə gedib.

Arvadının sözlərindən şoka düşən ər “Bioloji təbabət” Klinikasına müraciət edərək tibbi yoxlamadan keçib. Klinikada məlum olub ki, doğrudan da onun heç vaxt övladı ola bilməz.

Məhkəmə sənədlərindən belə məlum olur ki, sən demə, kişi tam sonsuz imiş, yəni ondan götürülən hüceyrə süni mayalanma yolu ilə embrion yaratmağa yararsız olub. Tibbi yoxlamalar zamanı bunu bilən həkim (iddiaya görə, həmin həkim Türkiyə əsilli Öndər Tulumbacıdır) arvada başqa kişinin donorluğunu təklif edib, o da razılaşıb. Amma bunu ərdən gizlədiblər.

 

Boşanma üçün iddia ərizəsi yazan ər Nəsimi Rayon Məhkəməsinə müraciət edib. O bildirib ki, süni mayalanma zamanı başqa kişinin donor olmasına razılıq verməyib, yəni arvadı bu işi ondan gizlin şəkildə həkimlə əlbir olaraq tutub. İddiaçı ər məhkəmədən özünün atalığının ləğv olunmasını tələb edib.

 

Lakin Nəsimi Rayon Məhkəməsi iddiaçı ərin tələbini təmin etməyib, atalıq hüququnu qüvvədə saxlayıb və ona aliment kəsib.
 

Digər məhkəmə instansiyaları da Nəsimi Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.


Beləcə, başda Ali Məhkəmə olmaqla məhkəmələr iddianı təmin etməyib, yəni kişinin atalıq hüququ saxlanılıb və aliment ödəməyə məcbur edilib. Bu zaman Ali Məhkəmə iki arqument gətirib:


1) Ər bioloji ata olmadığını bilmədiyini və buna razılıq vermədiyini sübut etməlidir;
2) Kişinin razılığı olmadan klinika belə əməliyyat apara bilməzdi.

Hüquqşünas Ə.Həsənov bu arqumentləri gülünc hesab edir:

“Kişi necə sübut etsin ki, razılıq verməyib? Əksinə, klinika sübut etməlidir ki, kişi yazılı formada başqasının donorluğuna razılıq verib. Amma klinika həmin razılığı məhkəməyə təqdim edə bilməyib. Deməli, razılıq da olmayıb. Olmayıbsa, digər kişinin donorluğundan istifadə qanunsuz olub. Arvad və klinika (həkim) sövdələşərək əri aldadıblar”.

Hüquqşünas süni mayalanmaya gedən bütün kişi və qadınlara çağırış edib:



“Müqaviləni dönə-dönə oxuyun, həkimləri dəfələrlə xəbərdar edin ki, fırıldaq etməsinlər. Ən əsası isə uşaq doğulandan sonra azı iki fərqli yerdə DNT analizi etdirin ki, uşağın valideyni olduğunuza əmin olasınız. Xüsusən də bu, kişilərə aiddir. Çünki ərin deyil, başqasının donorluğu ilə uşaqların doğulması qadınların razılığı ilə baş verir. Sonradan da məhkəmələr bu fırıldağa qanuni don geyindirir. Bildiyimə görə, buna oxşar digər məhkəmə işləri də var!”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR