Eyyub Yaqubovdan AÇIQLAMA
Mətbuatda "Eyyub Yaqubovun kişilər günü ilə bağlı konserti” başlığı altında yayılan xəbərlərlə əlaqədar Xalq artisti Eyyub Yaqubov açıqlama verib.
Versus.Az xəbər verir ki, xalq artisti məkanın hazırladığı anonsdan narahatlığını dilə gətirib.
O, 23 fevralın adi bir gün olduğunu xatırladaraq, yazılanları təkzib edib:
"Əziz izləyicilərim! Bildirmək istəyirəm ki, əyləncə məkanlarından birində 23 fevral tarixinə keçirilməsi planlaşdırılan konsertimin "Kişilər günü” adı altında anons olunmasına qəti qarşıyam və bu haqda iradımı təşkilatçıya bildirmişəm. İlk olaraq bildirim ki, mənim üçün "kişilər günü” deyilən bir anlayış yoxdur. Mən 23 fevral tarixində adi bir gün kimi sevənlərimin qarşısında çıxış etmək üçün bu təklifi qəbul etmişəm. Məkanın və təşkilatçının mənim xəbərim olmadan bu adla konsertimi izləyiciyə təqdim etməsi yalnışdır. 44 günlük müharibədə Qələbə qazanan və 3000 şəhid verən ölkənin vətəndaşları üçün hər gün "Kişilər günü”dür. Hörmətlə Sizin Eyyub Yaqubov”.
Qeyd edək ki, Xalq artistinin komandasının məkanın rəhbərliyinə irad bildirməsindən sonra konsertin anonsu səhifədən qaldırılıb.
Ayəndə Dadaşova
versus.Az
Xəbər lenti
Bakının tələbi qəbul edildi
“casuslar” Ermənistandan çıxarılır...