“ABŞ-ın Azərbaycana qarşı yumşalmalarının arxasında bəd niyyət varsa…”

14:03 25-05-2024 | icon 611 | Siyasət
“ABŞ-ın Azərbaycana qarşı yumşalmalarının arxasında bəd niyyət varsa…”

Jalə Əliyeva: "Azərbaycan heç bir ölkəyə qarşı düşmənçilik siyasəti yeritmir"

 

Son vaxtlar ABŞ-Azərbaycan münasibətləri fonunda müəyyən yumşaq davranışların olduğu diqqət çəkir. Avropa İttifaqı, ABŞ, Ermənistanın üçtərəfli Brüssel görüşündən sonra ABŞ dövlət katibi Entoni Blinkenin Prezident İlham Əliyevə telefon zəngi, onun köməkçisi Ceyms O Braynın Azərbaycan-Ermənistan arasında sülhlə bağlı açıqlaması, bu yaxınlarda əvvəllər işğaldan azad olunan torpaqlara səfərdən imtina edən ABŞ səfirinin Şuşaya getməsi sanki Vaşinqtonun Azərbaycanla münasibətləri normallaşdırmaq, ziddiyyətləri aradan qaldırmaq istəyini ortaya qoyur. ABŞ Azərbaycanla münaqibətləri normallaşdırmaq istəyində nə dərəcədə səmimidir və bu, nə dərəcədə realdır?

 

Versus.Az xəbər verir ki, Azərbaycan-Amerika Birləşmiş Ştatları parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Jalə Əliyeva müsahibəsində müəyyən detallara diqqət çəkib.

 


- Amerka Birləşmiş Ştatları (ABŞ)Azərbaycanla münasibətlərinin normallaşması istiqamətində hansı addımları atır və bu yöndə vəziyyəti necə dəyərləndirmək olar?

 


- Amerka Birləşmiş Ştatları dünyanın ən güclü dövlətlərindən biridir. Heç kimə sirr deyil ki, dünyanın idarə edilməsində ABŞ-ın rolu və təsir mexanizmləri öz qüvvəsindədir. Eyni zamanda hər zaman dünyada ədalət və demokratik dəyərləri qorumaq əzmində olduğunu bəyan edən Birəşmiş Ştatlar təəssüflər olsun ki, 30 il Azərbaycanda yaaradılan münaqişəyə qarşı ATƏT-in Minsk qrupunda təmsil olunan həmsədr dövlət kimi heç bir adekvat addım atmadı. ABŞ münaqişənin sülh və ədlətli həlli üçün öz nüfuzundan istifadə etmədi, bitərəfli mövqe tutdu. Təkcə Amerika deyil, bir çox Avropa ölkələri bu günə qədər də eyni mövqedən çıxış edirlər. Hətta torpaqlarımızı işğaldan azad edəndən sonra da ABŞ-dan ölkəmizə qarşı qərəzli addımlar atıldı və bu ölkənin səfiri işğaldan azad olunan torpaqlara səfər etməkdən boyun qaçırdı. Təbii ki, münasibətlərimizdə zaman-zaman müəyyən narahatlıqlar olub. Amma ölkə Prezidentinin də söylədiyi kimi Azərbaycan demokratik, müstəqil bir ölkədir, öz addımlarını müstəqil şəkildə atır və heç bir dövlət onun daxili işlərinə müdaxilə edə bilməz. Eləcə də BMT-də bu ədalətsizliyin çözülməsi, torpaqların işaldan azad edilməsi üçün səslərini yüksəldə bilərdilər, amma etmədilər.


Son zamanlar isə yenidən ABŞ-la münasibətlərimizdə bir isinmə, yaxınlaşma nümayiş olunur. Brüssel görüşündən sonra ABŞ dövlət katibinin Azərbaycan Prezidentinə zəng edib məsələ ilə bağlı izahat verməsi, artıq bu qlobal gücün regionda Azərbaycanın mövqeyini, gücünü görüb onunla hesablaşmalı olduğunu dərk etməsinin bariz nümunəsidir. Ümumiyyətlə, bir məsələni xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan bütün dünya dövlətləri ilə balanslı siyasət aparır, başqalarına hörmətlə yanaşır və daxili işlərinə qarışmayan siyasət yeridir. Azərbaycan dövləti eyni münasibəti özünə qarşı da tələb edir.

 

- İki ölkə arasında bu yaxınlasmanı zəruri edən amillər hansıdır?

 

- Bu gün dünyada və regionda cərəyan edən proseslərə əsasən söyləyə bilərik ki, ABŞ-ın son vaxtlar Azərbaycanla yüksələn xətt üzrə nəzərə çarpan münasibətləri Azərbaycanın bölgədə artan nüfuzu, Avropa ilə Qərb, Şərq arasında bir körpü rolunda çıxış etməsi ilə bağlıdır. Bu, Azərbaycann öz dövlət başçısının timsalında getdikcə möhkəmlənən mövqeyi ilə bağlıdır. Bu gün Birləşmiş Şatatlar, elləcə də digər Azərbaycana qarşı qeyri-stabil, qərəzli münasibət nümayiş etdirən ölkələr birmənalı olaraq anlayırlar ki, Azərbaycanla münasibətləri yaxşılaşdırmaq daha məqsədəuyğundur. Dünyaya baş verən coğrafi dəyişikliklərə, bölgənin geosiyasi prizmasından yanaşanda bir çox ölkələr Azərbaycanla münasibətlərini yaxşılaşdırmaqda maraqlı olmalıdır. Elə bu günə qədər torpaqlarımızı işğalda saxlayan Ermənistan özü də sülh müqaviləsinin bağlanmasında, münadibətləri tənzimləməkdə maraqlı olmalıdır. Çünki Azərbaycan sözün əsl mənasında strateji bir ölkədir. Burada Azərbaycanın təbii sərvətləri, resursları, inkişaf səviyyəsi nəzərə alınmalı, onunla hesablaşmalıdırlar.

 

- Azərbaycanın erməni işğalçıları üzərində qələbəsindən sonra keçmiş ATƏT-in Minsk Qrupunda olan dövlətlər, o cümlədən ABŞ-dan Azərbaycana qarşı yönələn qərəzli çıxışlar nəyə hesablanırdı?

 

- Məlumdur ki, keçmiş həmsədr dövlətlər ATƏT-in Minsk Qrupunu yenidən canlandırıb həmin qurum üzərindən bölgəyə nüfuz etməyə çalışdılar. Amma Prezidentin də dediyi kimi, bu məsələ artıq tarixin arxivinə qoşub. Çünki ATƏT-in Minsk Qrupu münaqişə dövründə hadisələrin ən qızğın zamanında Qarabağa turist səfərindən başqa heç nə etmədi. ATƏT-in Minsk Qrupu illərdən bəri haqqı tapdanan, torpaqları işğal edilən Azərbaycanda qaçqın, köçkün düşən əhalini, yerlə yeksən edilən abidələrimizi, düşmən tapdağı altında qalan evlərimizin, ocaqlarımızın necə talan edilib dağıdıldığını görməzdən gəldi. Amma dünyanın başqa nöqtəsində öz maraqlarına cavab verən digər məsələlərdə hər zaman operativ addımlar atdılar. Ermənsitana “dur” deyilmədi. Ölkə Prezidenti Şuşada Mədəniyyətlərarası Dialoq konfransında bir daha çox gözəl şəkildə bəyan etdi ki, Azərbaycan müharibəyə məcbr edildi. Birləşmiş Millətlər təşkilatının qətnamələrini Azərbaycan özü yerinə yetirməli oldu. Biz özümüz öz torpaqlarımızda sözümüzü demək məcburiyyətində qalıb torpaqlarımızı azad etdik. Artıq torpaqlar işğaldan azad olunduqdan sonra ATƏT-in Minsk qrupunda olan dövlətlər yenidən niyə həmin qurumda canlanmaq istəyir. Nə etmək üçün. Dırnaqarası fəaliyyətlərini eyni şəkildə bərpa etmək istəyirlərsə əlbəttə ki, fiaskoya uğrayacaqlar. Çünki bu gün zəfər çalmış gücülü Azərbaycan var.

 

- İşğaldan azad olunan ərazilərə, o cümlədən Şuşaya səfərdən imtina edən ABŞ səfirinin son Şuşa səfəri istiləşən münasibətlərdən xəbər verir?

 

- Təbii ki, bu, münasibətlərdəki dəyişikliyin göstəricisidir. Amma bir ölkənin təmsilçisi olan səfirinin azad olunan torpağa gətməməsi və yaxud da uzun fasilədən sonra getməsi artıq heç bir reallığı dəyişdirmir. Həqiqət göz önündədir. ABŞ və regionda maraqlı olan əsas güclər, eləcə də Fransa regiona müxtəlif vasitələrlə müdaxilə etmək cəhdlərindən əl çəkmirlər. Yaxşı olardı ki, bu isti münasibətin təsiri bölgədə Ermənistanla tez bir zamanda sülh müqaviləsinin imzalanmasına yönəlsin.

 


- Artıq iki dövlət arasında münasibətləri pozan çətinliklərin arxada qaldigini soyləyə bilərikmi?

 

- ABŞ-Azərbaycan arasında münasibətlərin normallaşmasını zəruri edən reallıqlar ortada. Bir qədər əvvəl də qeyd elədiyim kimi artıq ABŞ bunu anlayır. Bütün cəhdlərinin boşa çıxdığını görür. Heç şübhəsiz ki, Qərbin, Avropanın bölgədə müyyən maraqları var və maraqlardan çıxış edərək bütün vasitələrlə üzərimizdə öz təsirlərini göstərməyə çalışacaqlar. ABŞ bu gün Azərbaycanla həm həqiqi mənada münasibətlərini yaxşılaşdıra, həm də manipulyasiya edə bilər. Əlbəttə ki, ABŞ-ın bölgədə iştirak etmək istəməsi həqiqətən də inkişaf məqsədini güdürsə ikilistandartlı, bitərəfli yanaşmalarından əl çəkməlidir. Ölkəmizi bərabərhüququlu tərəfdaş kimi qəbul etməli, Ölkəmizin müstəqil siyasətinə hörmət etməlidir. Ən əsası Azərbaycanla Ermənistan arasında davam edən sülh prosesinə obyektiv yanaşmalıdır. Regionda sülhə, sabitliyə zərər verəcək bəyanatlardan çəkinməlidirlər.


Azərbaycan heç bir ölkəyə qarşı düşmənçilik siyasəti yeritmir. Əgər ABŞ-ın bu yumşalmalarının arxasında bəd niyyət varsa, Prezidentimizin söylədiyi kimi yenə də qarşılarında müstəqil, güclü Azərbaycanı və onun döstlarını görəcəklər.

 


Tahirə Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI