"Prezidentin verdiyi mesajları ciddi şəkildə nəzərə almalıdırlar"

14:00 17-02-2024 | icon 421 | Siyasət
"Prezidentin verdiyi mesajları ciddi şəkildə nəzərə almalıdırlar"

Fəzail Ağamalı: “Prezident Ermənistan-Azərbaycan münasibətlərinin bundan sonrakı gedişinə öz möhrünü vurdu”

 

Azərbaycan Prezidentinin andiçmə mərasimindəki çıxışı hədəfə doğru istiqamətlənən yola işıq salan bir mayak kimi diqqətlə izlənir, müzakirə olunur. Ölkə ictimaiyyəti, eləcə də xarici dost və düşmən qüvvələr dövlət başçısının Azərbaycan və regionun gələcək prioritetləri ilə bağlı cızılan yol xəritəsini öz sözü ilə imzaladığını diqqətdən qaçırmır. Ölkə ictimaiyyəti hələ 2003-cü ildə ilk dəfə prezident seçilən İlham Əliyevin vəd etdiyi kimi, qarşıda duran məsələlərin həlli istiqamətində mühüm addımlar atdığı və bununla da Azərbaycanın çox sürətli və dinamik inkişaf yoluna keçirərək tarixi nailiyyətlər əldə etdiyini bu gün daha aydın şəkildə müşahidə edə bilir. Xüsusilə, 2018-ci ildə andiçmə mərasimində Prezidentin torpaqlarımızın azad ediləcəyini və Azərbaycanda separatizmə son qoyulacağı ilə bağlı sözlərinin 2 ildən sonra Vətən müharibəsində tarixi qələbə ilə bitməsi, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi hər bir vətəndaşın düşüncəsində böyük vurğu ilə ifadə olunur.

 

Məhz 2024-cü ildə yeni dövrün yeni mərhələsində yenidən Azərbaycana rəhbərlik edən Prezidentin inaqurasiya mərasimində çıxışı, dediyi sözlər və bununla dünyaya verdiyi mesajlar, xalqa verdiyi vədlər və irəli sürdüyü vəzifələr yenidən öyrənilir, təhlil olunur. Bu mənada 2024-cü il prezident seçkilərinin mahiyyəti fərqli aspektlərdə dəyərləndirilir.

 

Bu istiqamətdə hafta.az-a şərh verən deputat Fəzail Ağamalı bildirib ki, Milli Məclis cənab prezident İlham Əliyevi böyük coşqu və alqışlarla qarşılayaraq andiçmə mərasimini uğurla yerinə yetirdi.
Deputat Prezidentin proqram xarakterli çıxışı ilə bir daha diqqəti cəlb etdiyini deyib. Bildirib ki, ölkə başçısı hər şeydən əvvəl Ermənistan-Azərbaycan münasibətləri, Ermənistanın Azərbaycana təcavüzü və onun ağır nəticələri, 30 il zaman kəsiyində Azərbaycan dövlətinin münaqişənin aradan qaldırılmasına yönəlik cəhdləri və nəhayət bütün bunların Ermənistan və onu himayə edən dövlətlər tərəfindən bloklanmasının Azərbaycanı işğalçılara qarşı hərbi əməliyyatlar aparmağa vadar etdiyini lokanik şəkildə önə çəkib:

 

“Cənab Prezident Azərbaycanın son 20 ildə əldə etdiyi digər uğurların anonsunu verdi və ciddi məqamlar üzərində dayandı. Xüsusilə Azərbaycanın apardığı müstəqil, heç bir dövlətdən asılı olmayan şaxələnmiş xarici siyasətinin Azərbaycan üçün ciddi önəm kəsb etdiyini, iqtisadi müstəqilliyimizin vermiş olduğu əhəmiyytli töhfələrin Azərbaycanın güclənməsinə, onun maliyyə imkanlarının artmasına, həm sosial problemlərin həllində vacib rol oynadığını, həm də ordumuzun müasir formada qurularaq ciddi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırdı. Cənab Prezident eyni zamanda Xankəndidə səs verməsinin zəruriliyini dilə gətirdi. Söylədi ki, prezident olaraq ölkənin istənilən ərazisində səs verə bilərdi. Prezident “Mən ona görə Xankəndidə səs verdim ki, bu həm Ermənistana, həm də onun arxasında duran qüvvələrə ciddi dərs olsun. Bu bülliten separatçı rejimin tabutuna vurulan son mismar oldu”- deyərək, fikirlərini ümumiləşdirdi”.

 

F.Ağamalı qeyd edib ki, Prezident 7 fevral 2024-cü ildə Azərbaycan dövlətçiliyinin mühüm dövrü olan zamana yekun vurulduğunu və yeni dövrün başlanğıcını əsaslandıraraq ilk olaraq Qarabağ və Şərqi Zəngəzurun bərpası və yenidən qurulmasının vacibliyini və bunun Azərbaycan dövlətinin birnömrəli vəzifəsi olduğunu, qarşıda duran ən ümdə məsələlərdən birinin ordumuzun daha da gücləndirilməsi, onun modernləşməsinə diqqətin artrılmasının vacibliyini bəyan edib:

 

“Cənab Prezident söylədi ki, biz arxayınlaşmalı deyilik. Çünki bizə qarşı olan hücumlar heç zaman ara verməyəcək. Ona görə də bizim güclü silahatlarla təhciz olunmuş modern ordumuz dövlət təhlükəsziliyini hər zaman qorumağa hazır olmalıdır. Bununla bərabər silah-sursat istehsal edən hərbi sənaye kompleksinin yaradılmasını xüsusi olaraq vurğulayaraq onun yüksək səviyyədə inkişaf etməsini, Azərbaycanın bu sahədə xarici ölkələrdən asılılığını aradan qaldırmağı dövlətin prioriteti olaraq önə çəkdi”.

 

F.Ağamalı prezidentin beynəlxalq təşkilatların Azərbaycana qarşı haqzıs, ədalətsiz münasibətinin üzərində dayandığını xüsusilə vurğulayıb. Bildirib ki, ölkə başçısı Türk Dövlətləri Təşkilatının qarşıdakı illərdə güclənməsinin son dərəcə vacib olduğunu qeyd edib:

 

“Prezident söylədi ki, Türk Dövlətləri Təşkilatı bizim ailəmizdir. Soyumuz, kökümüz, dinimiz bir olan, eyni zamanda böyük yeraltı sərvətlərə, insan resurslarına malik olan türk dövlətlərinin vahid ittifaqının yaradılması bütün türk xalqları və dövlətlərinin maraqları ilə üst-üstə düşür. Ölkə başçısı İslam Konfransı Təşkilatı, xüsuslə Qoşulmama Hərəkatı ilə Azərbaycanın sıx əməkdaşlıq edəcəyini qeyd etdi. Daha sonra ayrı-ayrı Avropa ölkələri ilə Azərbaycanın münasibətlərinin bundan sonra da yüksək səviyyədə qurulmasına diqqət veriləcəyini önə çəkdi”.

 

F.Ağamalı Prezidentin beynəlxalq sahədə fəaliyyətinin başlıca istiqamətlərindən biri kimi Fransanın neokolonializm siyasətinə qarşı Azərbaycan dövlətinin sona qədər mübarizə aparacağını bəyan etməsinə diqqət çəkdi. Onun fikrincə, dövlət başçısının bu prosesdə öndə olmasını xüsusi ilə qeyd etməsi Azərbaycanın gücünün, iradəsinin, qətiyyətinin ifadəsi kimi qiymətləndirilməlidir.

 

Deputat qeyd edib ki, Prezidentin qarşıdakı illərdə Azərbaycanın iqtisadi və sosial cəhətdən güclü bir ölkəyə çevrilməsini dövlətin həyata keçirdiyi daxili siyasətin vacib prioriteti kimi önə çəkməsi, qarşıdakı illərdə olduqca gərgin fəaliyyətin anonsu kimi diqqəti çəkir:

 

“Ermənistan və onun arxasında dayanan qüvvələr Prezidentin verdiyi mesajlar ciddi şəkildə nəzərə almalıdırlar. Çünki Prezident “verdiyimiz bu təkliflər nəzərə alınmazsa, heç bir zaman Ermənistanla sülah sazişi imzalanmayacaq” deyərək, Ermənistan-Azərbaycan münasibətlərinin bundan sonrakı gedişinə öz möhrünü vurdu”.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...