Seçkisonrası mediada görünməzlik və ANA MÜXALİFƏTÇİLİK hədəfi

11:16 19-02-2024 | icon 363 | Siyasət
Seçkisonrası mediada görünməzlik və ANA MÜXALİFƏTÇİLİK hədəfi

Razi Nurullayev: "Bu yanaşmalar məni taym-aut götürməyə vadar etdi"

 

Növbədənkənar prezident seçkilərində namizəd kimi iştirak edən Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev bir müddətdir mediada görünmür.

 

Versus.Az xəbər verir ki, Razi Nurullayev mediada görünməməyinin səbəblərini və digər məsələlərlə bağlı “Cebhe.info”ya müsahibə verib.

 

- Razi bəy, prezident seçkisindən sonra elə bil mediaya qapalı olmusunuz. Şikayətlənənlər var ki, müsahibə vermirsiniz. Xüsusi bir səbəb varmı?

 

- Doğrudur, seçkidən sonra müsahibə və açıqlama verməmişəm. Bu, mediaya ilk müsahibəmdir. Mən hər zaman mediaya açıq olmuşam. Lakin son zamanlar bir az fərqli düşündüm və müsahibə, açıqlama verməkdən imtina etdim. Çünki bir sıra media özünə sərf edən variant axtarır. Onlar üçün qarşı tərəfin maraqları və hissləri heç önəmli deyil. Bəzən elə başlıq qoyurlar ki, onun nəticəsində ya söyüş yiyəsi olursan, ya da xalq düşməni. Çünki oxucuların çoxu başlığı oxuyub qərarını verir. Əksəriyyət klikləyib içini oxumur. Ölkəmizin əksər vətəndaşları başlıqla fikir yürütdüyündən qərar verdim ki, ehtiyatlı olum. Seçki kampaniyasında olduğum müddətdə bəzi media orqanları tam aidiyyatsız suallarla müraciət edirdilər və bəziləri tam məişət səviyyəsində suallar ünvanlayırdılar. Bircə o qalırdı ki, şou verilişlərinə ekspert qismində dəvət etsinlər. Bu yanaşmalar məni taym-aut götürməyə vadar etdi.

 

- Seçkidə qazandığınız yerdən narazılığınız olmadı?

 

- Mənim üçün seçkidə birinci yer mövcuddur. Birincilik uğrunda mübarizə aparırdım. Seçkilər idman yarışı deyil ki, ikinci, üçüncü və dördüncü yerləri tutanların boynundan medal asıb dövlət himnini səsləndirsinlər. Bir faizlə iki faiz arasında ciddi fərq yoxdur. Olsa idi, 10-20 faiz, onda başqa məsələ. Sona qədər mübarizə apardıq və mesajlarımızı xalqa çatdırdıq. Ən azı əhalinin yeddi milyonuna proqramımızı, etmək istədiklərimizi və təmsil etdiyim Milli Cəbhə Partiyasının missiyasını çatdıra bildik. Küçədə, bayırda, bütün yerlərdə vətəndaşlardan sayğı görürük.

 

- Siz seçki kampaniyası zamanı onlarla vədlər verdiniz və hələ də o vədlərin müzakirəsi gedir. 7 fevraldan sonra xalqın əsaslı dəyişiklik və islahat istədiyini deyirdiniz. Prezident İlham Əliyev andiçmə mərasimində yeni dövrün başlandığının anonsunu verdi. Gözləntiləriniz varmı?

 

- Gözləntilər həmişə var. Əlbəttə, ümid etmək istəyirəm ki, yeni dövr doğurdan da real olaraq başlayacaq və konkret islahatlar həyata keçiriləcək. Xalqın sosial həyatında zəfər olmalıdır. İdarəçilik sistemində ciddi islahatlara ehtiyac var. Məmurların, vəzifəli şəxslərin çoxundan xalq narazıdır və xalqı haqlı sayıram. Vətəndaşlar incidilir, proqramlar dürüst həyata keçirilmir, hələ də oturduğu kürsüyə şəxsi əmlakı kimi baxanlar var, işinə can yandırmayanlar və paxıllıq, qısqanclıq içində boğulanlar var. Gərək o cür adamlar təmizlənsin və idarəçilikdə yanaşmalar və mexanizmlər dəyişilsin. Bunlar hansılardır, onları da seçki kampaniyası dövründə dəfələrlə dedim.

 

- Növbəti planlarınız nədir?

 

- Milli Cəbhə Partiyasını bütün sahələrdə gücləndirmək üçün çalışırıq və hədəfimiz Azərbaycanda real olaraq ana müxalifət partiyasına çevrilməkdir. Biz, Allahın köməkliyi ilə buna nail olacağıq. Asan olmayacaq, çox çətin sınaq gözləyir bizi. Steorotipləri qırmalıyıq, vətəndaşların siyasi partiyaya münasibətini dəyişməli və onların inamını bərpa etməliyik, üstəlik həm də iqtidarın yanaşmasını və münasibətini dəyişmək gərək. Azərbaycanda bir neçə güclü, dövlətçi və siyasi rəqabətə davamlı müxalifət partiyalarının olması vacibdir. Əks halda, ölkəmizdə bərabərlik, azadlıq, həmrəylik və siyasi rəqabətlilik sahəsində ciddi nəticələrə nail ola bilmərik. /"Cebhe.info"/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bakıdakı yeni metro stansiyasından GÖRÜNTÜLƏR

Öz prinsiplərinə sadiq, xarizmatik insan...

MDU rektoru və əməkdaşları şəhid məzunların ailələrini ziyarət edib

Gəncə idmanında yeni mərhələ

Muradın 17 illik sevgi etirafı

Çimərlikdə naməlum məxluqun cəsədi tapıldı

Dieqo Simeone İtaliyaya dönmək istəyir

Ömrü uzadan məşğuliyyətlər

Ağırlıqqaldıranımız Dünya Kubokunda üç gümüş medal qazandı

Lyuis Həmiltondan karyerası ilə bağlı açıqlama

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65