Daxilə və xaricə yönəlik ciddi MESAJLAR

12:00 19-02-2024 | icon 459 | Siyasət
Daxilə və xaricə yönəlik ciddi MESAJLAR

Fuad Əliyev: "Ermənistan rəhbərliyi bunu nəzərə almalıdır"

 

"Cənab Prezident həm də o mesajı verdi ki, əgər Ermənistanın arxasında bəzi Qərb ölkələri durursa, bizim arxamızda da Türk Dövlətlərinin Birliyi durur. Sözsüz ki, dövlət başçısı necə bir prosesin getdiyi barədə hamımızdan məlumatlıdır".

 

Versus.Az xəbər verir ki, bunu Prezident İlham Əliyevin andiçmə mərasimindəki çıxışı ilə bağlı açıqlamasında prezidentliyə eks namizəd, Müstəqil Həmkarlar Birliyinin sədri Fuad Əliyev bildirib.

 

Fuad Əliyev dövlət başçısının daxilə və xaricə yönəlik çox ciddi mesajlar verdiyini qeyd edib:

 

“Dövlət başçısı andiçmə mərasimindəki çıxışında bir neçə istiqamətə toxundu. Çox maraqlı fikirlər səsləndirdi. Azərbaycanın gələcəyi, ölkənin daxili və xarici siyasəti ilə bağlı danışdı. Daxildə ictimai nəzarətin gücləndirilməsi barədə bizi də maraqlandıran fikirlər səsləndirdi. Digər toxunduğu məsələlər də çox maraqlı idi. Gənclərlə, Qarabağ və Şərqi Zəngəzurda gedən bərpa-quruculuq işləri, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması ilə bağlı həm də hər kəsi maraqlandıran məqamlara toxundu. Cənab Prezident bir maraqlı fikir də səsləndirdi ki, bizi maraqlandıran Türk xalqlarının ailəsidir, orada fəaliyyətimizi davam etdirəcəyik, gücləndirəcəyik. Bununla ölkə başçısı həm də Azərbaycanın gələcəyi ilə bağlı hədəflərini yürüdəcəyi siyasəti açıqladı. Bir sözlə, çox önəmli mesajlar verildi".

 

F.Əliyev Prezidentin Ermənistanın arxasında duran Qərb ölkələrinin Azərbaycana qarşı qərəz yürütmələri ilə bağlı fikirlərinə də diqqət çəkib:

 

"Prezident həm də o mesajı verdi ki, əgər Ermənistanın arxasında bəzi Qərb ölkələri durursa, bizim arxamızda da Türk Dövlətlərinin Birliyi durur. Sözsüz ki, dövlət başçısı necə bir prosesin getdiyi barədə hamımızdan məlumatlıdır. Qərb paytaxtlarında ölkəmizə qarşı hansı təxribatların hazırlandığını ölkə başçısı çox gözəl bilir. Məhz ona cavab olaraq, andiçmə mərasimində öz mesajlarını ünvanı olan nöqtələrə çatdırdı. Cənab Prezident açıq şəkildə bəyan etdi ki, biz istənilən təxribatın qarşısını alacağıq, heç kimdən çəkinmirik. Ermənistana aid də bir sıra fikirlər çıxışda səsləndirildi. İlham Əliyev qeyd etdi ki, sülh müqaviləsi bağlamaq istəməsələr belə, biz öz işimizi görürük. Hərbi sahədə durmadan daha da gücləndiyimizi cənab Prezident qeyd etdi. İqtisadi layihələr baxımından qonşu və digər ölkələrlə maraqlarımızı həyata keçirdiyimiz barədə də fikirlər səsləndi. Uduzan tərəfin yenə Ermənistan olacağı bildirildi. Ermənistan rəhbərliyi bunu nəzərə almalıdır. Bunun üçün də konstitusiyasını dəyişməlidir. Ali Baş Komandan bu barədə də fikirlərini səsləndirdi. Əgər bunlar sözdə yox, əməldə Azərbaycanla sülh müqaviləsi imzalamaq, Türkiyəyə ərazi iddialarından əl çəkmək istəyirlərsə, ilk növbədə, konstitusiyanı dəyişməyə məcburdurlar. Çünki orada hər iki qardaş ölkəyə qarşı ərazi iddiaları ilə bağlı müddəa yer alır. Zatən həmin maddələr götürülmədən sülh müqaviləsi mənasız və məntiqsizdir”.

 

AYSEL
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

Şou-biznesin yaradıcısı - 38 il

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...