Xocalı soyqırımı dünya müstəvisində anılmadıqca…
Könül İsmayılova: “Xocalı soyqırımını inkar etmək sivil dünyaya təhqirdir”
“İlk dəfə olaraq bu il fevral ayının 26-da Prezident İlham Əliyevin iştirakı ilə anım günü işğaldan azad olunan Xocalıda qeyd olundu. Ölkənin ali rəhbəri bu dəfə erməni vəhşiliyinə, soyqırımına, vandallığına məruz qalan 613-dən çox Azərbaycan insanın qanına qəltən edildiyi Xocalıdan dünyaya səsləndi. Ölkə başçısı Xocalının yanında, Xocalıda durub soyqırımı qurbanlarının anım günündə dünyanı, böyük dövlətləri ədalətli olmağa səslədi”.
Bunu Prezident İlham Əliyevin fevralın 26-da Xocalı şəhərində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşünü Versus.Az-a şərh edən Nizami rayon İcra Hakimiyyətinin məsul işçisi, Müasir Müsavat Partiyasının Siyasi Şura və İdarə Heyətinin üzvü Könül İsmayılova bildirib.
K.İsmayılova qeyd edib ki, Azərbaycan xalqının heç vaxt yaddaşından silinməyəcək bu qanlı cinayəti törədənlər cəzalandırılmadıqca, Xocalı soyqırımı dünya müstəvisində anılmadıqca, beynəlxalq hüquqa, ədalətə, bəşəri dəyərlərə etimad yarımçıq qalacaq:
“Xocalıda “Xocalıya ədalət!” çağırışımızın bu günə qədər cavabsız qaldığını bildirən ölkə başçısı da cəmi 18 ölkə tərəfindən bu qanlı faciənin soyqırımı kimi tanındığını, bu ölkələrin arasında böyük dövlətlərin adlarının olmadığını təəssüflə qeyd edib. Beynəlxalq təşkilatlar, onların bir çoxu bu faciəyə hələ də biganə qalıb. Xocalı soyqırımı dünyanın gözü qarşısında baş vermiş qanlı cinayət olsa da, dünya ictimaiyyətinin məsələyə etinasız yanaşır. Xocalı soyqırımını inkar etmək sivil dünyaya təhqirdir”.
K.İsmayılova vurğuladı ki, Prezidentin Xocalıda dediyi kimi, Ermənistan dövləti, onun arxasında duran qüvvələr, Xocalı soyqırımını ört-basdır edib məsuliyyətdən yaxa qurtarmağa çalışsa da, Azərbaycan ordusu öz sözünü dedi:
“Cənab prezident bəyan etdi ki, torpaqları işğaldan azad edib özünün suverenıiyini, müstəqilliyini bərpa edən Azərbacan dövləti, xalqı Xocalının qisasını aldı. Bu təbii ki, həm də Azərbaycanın böyük zəfərinin göstəricisidir. Hesab edirəm ki, qisasımızı almağımızla yanaşı haqq-ədalətin dünya tərəfindən görülməsinə, cinayətkarın cəzalandırılmasına, beynəlxalq tribunala çıxarılmasına da tezliklə nail olmalıyıq”.
Siyasətçi xanım bildirdi ki, məhz “Xocalıya ədalət” kampaniyası Çərçivəsində görülən işlərin nəticəsidir ki, bir sıra ölkələr Xocalıda törədilən cinayətləri soyqırım kimi tanıyıb. Onun sözlərinə görə, bu soyqırım Azərbaycanın dünyadakı bütün səfirlikləri tərəfindən təbliğ olunmalı, diasporalar bu istiqamətdə ciddi işlər görməlidir:
“Xocalıda keçirilən anım tədbirində iştirak edən Prezident hadisə ilə bağlı çox açıq və aydın bir yanaşma ortaya qoydu. Əslində dünyanın Azərbaycan həqiqətləri ilə bağlı ikili, qərəzli münasibət Xocalı soyqırımı ilə bağlı etinasız yanaşmalarda özünü büruzə verir. Beynəlxalq ictimaiyyətin, daha dəqiq desək dünyanın güclü dövlətlərinin Xocalıda Ermənistan silahlı quldurlarının törətdiyi soyqırım cinayətinə görə susması, əksinə 30 ildən sonra Azərbaycanın öz gücü ilə Xocalının qisasını alması hadisəsinə qısqanc yanaşmaları bu gün də müşahidə olunur”.
PƏRİ
versus.Az
Xəbər lenti
Yol kənarındakı qanunsuz tikililər sökülüb
Qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlər davam edir