Peşə təhsili alanların NƏZƏRİNƏ

13:48 20-02-2024 | icon 621 | İqtisadiyyat
Peşə təhsili alanların NƏZƏRİNƏ

Adambaşı maliyyələşmə mexanizmi nə vəd edir?

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə “Bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış dövlət peşə təhsili müəssisələrində idarəetmə, təhsil və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları sxeminin və məbləğlərinin təsdiq edilməsi haqqında” Qanunda dəyişiklik edilib.

 

Belə ki, bu qərar adambaşına maliyyələşmə mexanizminin tətbiq edildiyi peşə təhsili müəssisələrinə şamil edilmir.

 

Bəs adambaşı maliyyələşmə mexanizmi peşə təhsili alan neçə tələbəyə şamil ediləcək?

 

Məsələ ilə bağlı Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndəsi Nəriman Kərimli açıqlamasında bildirib ki, 2023-cü il ərzində adambaşı maliyyələşmə mexanizmi səkkiz  müəssisə üzrə ümumilikdə 5 452 tələbəyə şamil edilib:

 

 

“2026-cı ilə qədər 12 min tələbənin əhatə edilməsi planlaşdırılır. “Peşə təhsili müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 mart tarixli 2067 nömrəli Fərmanının 4.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Nazirlər Kabinetinin 14 iyun 2023-cü il tarixli 192 nömrəli qərarına əsasən, ayrı-ayrı ixtisaslar üzrə peşə təhsili müəssisələrində dövlət sifarişi ilə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı təsdiq edilib. 

 

Bu mexanizmin tətbiqi peşə təhsili müəssisələrinə bir sıra əlverişli imkanlar yaradır. Peşə təhsili müəssisələrinin maliyyə imkanlarının yaxşılaşması təhsilalanların daha keyfiyyətli tədrislə təmin olunmasına imkan yaradacaq, adambaşına maliyyələşmə mexanizmi tətbiq edildiyi müəssisələrdə daha rəqabətli əməkhaqqı sisteminin yaranmasına səbəb olacaq, rəqabətədavamlı maliyyələşmə sistemi uyğun olaraq rəqabətqabiliyyətli təhsilverənlərin və idarəedici heyətin müəssisələrə cəlb olunmasına və davamlı təkmilləşdirilməsinə şərait yaradacaqdır”.

 

 

O əlavə edib ki, adambaşına maliyyələşmə mexanizmi müəssisələrə öz maddi-texniki bazalarını müasir dövrün tələblərinə uyğunlaşdırmaq imkanı verəcək:

 

“Yeni yanaşma sahibkarlıq subyektləri ilə birgə fəaliyyət təsərrüfatlarının yaranmasına da şərait yaradır”. /oxu.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI