"Azərbayca dünyada daha böyük nüfuz sahibinə, güc mərkəzinə çevrilir"

20:09 20-02-2024 | icon 455 | Siyasət
"Azərbayca dünyada daha böyük nüfuz sahibinə, güc mərkəzinə çevrilir"

Kamilə Əliyeva: “Ölkəmizə qarşı təxribat törətmək istəyənlər cavabını alacaq”

 

7 fevral növbədənkənar prezident seçkiləri yeni dövrün, yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir. Növbəti dəfə xalqın səsi ilə seçilən Prezidentin inaqurasiya zamanı proqram, hesabat xarakterli çıxışı, regiondakı mövcud reallığın dünya ictimaiyyətinə yenidən təqdimatı, böyük bir mesajı kimi gündəm oldu. O cümlədən Azərbaycan xalqının dövlət, iqtidarla vahidliyi, həmrəyliyi müstəvisində Ermənistanla münasibətlərin ikitərəfli formatda həlli, eləcə də regionda sülhün, təhlükəsziliyin təminatı ilə bağlı ortaa qoyulan milli ideologiya bir daha bəyan edildi. Növbəti mərhələ üçün Azərbaycanın istəkləri, proqramı Prezidentin dilindən bəyan edilib. Nəzərləri regionda olan güclər bundan hansı nəticəni götürəcək?

 

Versus.Az xəbər verir ki, bu və ya digər məsələlər ətrafında müsahibə verən Milli Məclisin deputatı, professor Kamilə Əliyeva bir çox məsələlərə diqqət çəkib.

 

- Prezident seçkilərindən sonra ölkə başçısının çıxışında irəli sürdüyü proqram, önə çəkdiyi faktlar, verdiyi mesajlar nədir və bu, dünya ictimaiyyətini Azərbaycanla bağlı hansı həqiqətlər, hansı reallıqla üzləşdirdi?

 

- Cənab Prezident İlham Əliyev and içmə mərasimindəki çıxışında ilk dəfə Prezident seçildiyi dövrdən Azərbaycanın dövlətinin siyasi, iqtisadi, hərbi sahələrdə əldə edilmiş böyük uğurları, daxili və xarici siyasətdə qarşıya qoyulan hədəflərin tam yerinə yetirilməsi, eləcə də növbəti prezidentliyi dövründə dövlətimizin daha da güclənməsi istiqamətində qarşıda duran yeni hədəflər barədə fikirlərini, Azərbaycan dövlətinin gələcək illərdə dünyada söz və nüfuz sahibinə, güc mərkəzinə çevirəcəyinə çalışacağını bildirib.

2003-cü ildə ilk dəfə Prezident seçilən cənab İlham Əliyev Azərbaycan torpaqlarını işğaldan azad edəcəyini, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpa olunması üçün çalışacağını bəyan etdi. Ermənistan torpaqlarımızı işğal altında saxlayan zaman Prezident cənab İlham Əliyev əgər Ermənistan Azərbaycan torpaqlarını öz xoşu ilə tərk etməsə, münaqişənin yeganə həll yolunun müharibə olacağını dəfələrlə vurğulamışdı.

Ölkə başçımız Azərbaycanda güclü ordu quruculuğuna xüsusi diqqət ayırdı. Güclü ordu quruculuğu üçün möhkəm, dayanıqlı iqtisadiyyatın olmasının vacibliyini vurğulayan cənab İlham Əliyev Azərbaycan iqtisadiyyatını gücləndirdi. Qısa müddət, cəmi 20 ilə Ali Baş Komandan Azərbaycan Ordusunu dünyanın ən güclü ordular sırasına yüksəltdi. Azərbaycan Ordusu 30 il ərzində Qarabağ və Şərqi Zəngəzurda güclü istehkamlar qurmuş Ermənistan ordusunu cəmi 44 günə darmadağın edərək torpaqlarımızı işğaldan azad etdi. Prezident cənab İlham Əliyev ordu quruculuğu ilə yanaşı hərbi sənayenin yaradılmasına və inkişaf etdirilməsinə də xüsusi önəm verərək Azərbaycanda güclü hərbi sənaye kompleksi yaratdı. Vətən Müharibəsində Azərbaycan Ordusu xarici dövlətlərdən alınmış ən müasir silahlarla yanaşı öz hərbi sənayemizin istehsal etdiyi silahlarla düşməni məğlubiyyətə uğratdı.

Bu gün Azərbaycanın siyasi və iqtisadi cəhətdən tam müstəqil dövlətdir. Ölkəmiz dünyada az saylı dövlətlərdəndir ki, iqtisadi cəhətdən heç bir dövlətdən asılı deyil. Eləcə də, artıq Azərbaycan hərbi sənaye sahəsində də yeni mərhələyə qədəm qoyub.

Bu il hərbi sənaye sahəsinə 1 milyard manat vəsait qoyulacaq. Azərbaycanın istehsal etdiyi hərbi silahlar və döyüş texnikaları xarici dövlətlərə də ixrac olunur. Prezident cənab İlham Əliyevin hərbi sənayenin inkişafına yönəlmiş siyasəti sayəsində ölkəmizin digər dövlətlərdən silah almasını minimuma endirəcək. Növbəti mərhələdə Azərbaycan dünyanın ən müasir silah istehsal edən dövlətinə çevriləcək.

Azərbaycan torpaqlarını işğaldan azad edib suverenliyini bərpa etdikdən sonra xarici qüvvələrin torpaqlarımıza təcavüzün qarşısının alınması üçün sərhədlərimizin güclü qorunması vacibdir. O. xatırladıb ki, Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin tapşırığına əsasən sərhədlərimizdə ən müasir üsullardan istifadə edilməklə güclü infrastruktur yaradılmışdır.

 

- Ölkəmizdə milli birliyin, həmrəyliyin bərqərar olunması inkaası hansı mühüm amillərlə diqqət çəkir?

 

- Prezident, cənab İlham Əliyev Azərbaycanda yaşayan bütün xalqları bir ideya- azərbaycançılıq məfkurəsi ətrafında birləşdirdi. Azərbaycanda milliyətindən, dinindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı cənab İlham Əliyevin ətrafında birləşdi. Bütün xalq çətin günlərdə də Prezidentimizə inandı, güvəndi. Prezidentimiz də hər zaman öz xalqına arxalandı. Məhz bu sarsılmaz birliyin, həmrəyliyin nəticəsində Azərbaycan böyük şanlı qələbəyə imza atdı. Bu dövrdə elə bir gənc nəsil yetişdi ki, onlar Vətən, torpaq, milli ləyaqət uğrunda canlarından keçərək şəhid oldular. Cənab İlham Əliyevin güclü siyasətçi, xalqı tərəfindən sevilən bir lider olması ilə yanaşı bütün dünya ölkə başçımızı görkəmli bir sərkərdə kimi də da tanıdı. Ali Baş Komandan dünyaya müharibə aparmaq mədəniyyətini də nümayiş etdirdi. Vətən Müharibəsində olduğu kimi işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulmasında da xalqımız prezidentimiz ətrafında birləşdiyini qeyd etdi.

Artıq soydaşlarımızın bir qismi öz doğma yurd yerlərinə qayıdıblar və bu proses davam edir. Quruculuq işləri cənab Prezidentin təsdiq etdiyi Baş Plana uyğun həyata keçirilir. 2026-cı ilin sonuna qədər 140 min soydaşımızın öz evlərinə dönmələri planlaşdırılır. Qısa vaxt ərzində misli görünməmiş yenidənqurma işlərinin bu şəkildə aparılması Azərbaycan dövlətinin iqtisadi gücünün nümunəsidir”.

 

- Siyasi analitiklər, daim 2003-cü ildən başlayaraq Azərbaycan iqtisadiyyatının yeni mərhələyə qədəm qoyduğu qeyd edir. Bu mərhələ hansı əhəmiyyəti ilə diqqət çəkir?

 

- Cənab İlham Əliyevin apardığı məqsədyönlü iqtisadi islahatlar sayəsində ümumdaxili məhsulumuz 7 milyard dollardan 72 milyard dollara qalxmışdı. Bu iqtisadiyyatımızın sürətli, dayanıqlı inkişafının əsas göstəricisidir. Valyuta ehtiyatlarımız 20 il ərzində 1,6 milyard dollardan 69,5 milyard dollara gədər artmışdır. Bu sağlam maliyyə sistemimizin göstəricisidir.

Prezident cənab İlham Əliyevin daxili siyasətinin prioritetinin əsasını Azərbaycan vətəndaşlarının həyat səviyyəsinin, rifahının yaxşılaşdırılması təşkil edir. 2003-cü ildə ölkəmizdə minimum əmək haqqı 9 manat idi, hazırda 345 manatdır, minimum pensiya 20 manatdan 280 manata çatdırılmışdır. Bu artım dinamikası getdikcə daha da artırılacaq. Prezident cənab İlham Əliyevin müəllifi olduğu iqtisadi islahatların həyata keçirilməsi sayəsində hər il 10 minlərlə yeni iş yerləri yaradılır. Son 20 ildə yoxsulluq səviyyəsi 50% dən 5% düşmüşdür ki, bu da dünya dövlətləri arasında ən yaxşı nəticə sayılır.

 

- Ötən 20 il ərzində Azərbaycanın dünya siyasi arenasında nüfuzu hansı xətt üzrə inkişaf edib?

 

- Ölkəmiz 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv seçildi, 120 ölkə Azərbaycanı Qoşulmama Hərəkatına sədr seçdi. Dünya birliyi COP 29 Konfransının Azərbaycanda keçirilməsinə dair qərar qəbul etdi. Bütün bunlar, eləcə də COP 29 kimi dünya miqyasında ən böyük beynəlxalq konfransa ev sahibliyi etməsi Prezident cənab İlham Əliyevin yaşıl enerji sahəsində həyata keçirdiyi siyasətin nəticəsidir. Bu sahədə Azərbaycanda böyük layihələr həyata keçirilmiş və bu istiqamətdə daha böyük layihələr icra ediləcək. Yaxın vaxtlarda Azərbaycanda istehsal olunacaq yaşıl enerji Avropa ölkələrinə ixrac ediləcək. Azərbaycan həmçinin Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verir. Belə ki, Azərbaycan dünyanın 8 ölkəsinə təbii qaz ixrac edir. Növbəti illərdə bu coğrafiya daha da genişlənəcək. Bunun üçün Azərbaycanın kifayət qədər potensialı var və yeni qaz yataqlarının istismara verilməsi bu planların reallaşmasına zəmin yaradır.

Azərbaycan coğrafi cəhətdən Şimal - Cənub, Şərq - Qərb nəqliyyat dəhlizlərinin üzərində yerləşir. Məhz ölkə başçımızın Azərbaycanda yaratdığı müasir nəqliyyat-logistika infrastrukturu vasitəsilə Şərqdən Qərbə, Şimaldan Cənuba Azərbaycanın üzərindən yükdaşımalar həyata keçirilir ki, bu da cənab İlham Əliyevin Azərbaycanla yanaşı dünya iqtisadiyyatının yüksəlməsinə də böyük töhfə verməsinin nümunəsidir.

 

- Növbəti mərhələ Azərbaycanın Türkdilli Dövlətlərlə əlaqələrinin inkişafı baxımından nə dərəcədə münbitdir və birlikdə qarşıda duran hansı maneələr aşılmalıdır?

 

- Azərbaycan Türkdilli dövlətlərlə iqtisadi, siyasi, mədəni əlaqələrin qurulmasına və inkişaf etdirilməsinə böyük önəm verir. Türk Dövlətləri Təşkilatınım yaranmasında Prezident cənab İlham Əliyevin misilsiz əməyi olub. Böyük bir coğrafi ərazini əhatə edən zəngin təbii sərvətlərə malik Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin birliyi, həmrəyliyi bu təşkilatın beynəlxalq aləmdə güc mərkəzinə çevrilməsinə yardım olacaq. Azərbaycanın güclü və güdrətli dövlətə çevrilməsini bəzi Avropa dövlətləri, xüsusən Fransa həzm edə bilmir. Hər zaman ölkəmizə qarşı təxribatlar törətməyə çalışan, beynəlxalq aləmdə Azərbaycanın artan nüfuzuna xələl gətirmək istəyənləri cənab İlham Əliyev hər zaman məğlubiyyətə uğradıb. Ölkə başçımız Cənubi Qafqaz bölgəsində sülhün yaranmasına xidmət edən siyasət həyata keçirir. Bəzi qərb dövlətləri və beynəlxalq təşkilatlar Ermənistan vasitəsilə regionda sabitliyi, əmin-amanlığı pozmağa çalışırlar. Ermənistan və onun havadarları başa düşməlidirlər ki, Azərbaycanla hədə, diqtə ilə danışmaq onların özlərinə ziyan gətirəcək. Kimliyindən asılı olmayaraq ölkəmizə qarşı təxribat törətmək istəyən dövlət və ya qüvvə sərt və tutarlı cavabını alacaq. Ölkə başçımız dəfələrlə bu haqda Ermənistan və onun havadarlarına xəbərdarlıq etmişdir.


Prezident cənab İlham Əliyevin zəkası, müdrik, qətiyyətli siyasəti və məğrur Azərbaycan xalqının öz lideri ətrafında yumruq kimi birliyi Azərbaycanı dünyada daha böyük söz və nüfuz sahibinə, güc mərkəzinə çevirəcək.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Samir yeniliklərlə qayıtdı

Bəzi tikinti materialları BAHALAŞACAQ

Türk dünyasının deputatları Xankəndidə

Ənvər Sadıqov - 58

Azərbaycanda dəhşətli hadisə

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Haaqada Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddianın dinləmələri BAŞA ÇATIB

Fuad Muradov 7 kişini şantaj etdi və...

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi