Yumruğa çevrilən “bir millət, iki dövlət” QARDAŞLIĞI

10:54 21-02-2024 | icon 438 | Siyasət
Yumruğa çevrilən “bir millət, iki dövlət” QARDAŞLIĞI

Könül İsmayılova: “Hər iki ölkə regionun gələcəyini dinc əməkdaşlıqda, sülhdə görür”

 

“Prezident seçkilərindən sonra cənab İlham Əliyevin ilk rəsmi səfərinin Türkiyəyə olması iki dövlətin qardaşlıq əlaqələrinin artan templə davam etməsindən xəbər verir. Hər iki dövlət rəhbərinin ali kürsülərdə çıxışları zamanı cənab Rəcəb Tayyib Ərdoğanın “Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir” və cənab İlham Əliyevin də eyni ilə “Türkiyənin kədəri kədərimiz, sevinci sevincimizdir” bəyanı dünyaya qardaş dövlətlər olaraq birgə mesajımız kimi dəyərləndirilir”.

 

Versus.Az xəbər verir bunu Prezident İlham Əliyevin Ankarada rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanatla bağlı açıqlamasında Nizami rayon İcra Hakimiyyətinin məsul işçisi, Müasir Müsavat Partiyasının Siyasi Şura və İdarə Heyətinin üzvü Könül İsmayılova bildirib.

 

Könül xanım vurğulayıb ki, Prezident İlham Əliyevin dövlət suverenliyini, ərazi bütövlüyünü təmin edən rəhbər olaraq ilk rəsmi səfərini Türkiyə Cumhuriyyətindən başlaması təsadüfi deyil. “Bir millət, iki dövlət” prinsipinin əhəmiyyətinə toxunan K.İsmayılova qeyd etdi ki, yalnız bölgə üçün deyil, Avrasiya üçün önəmli amilə çevrilən Türkiyə-Azərbaycan birliyinin tarixi keçmişi var. Onun sözlərinə görə, Türkiyə bu gün dünya miqyasında söz sahibidir və təkcə bölgəmizdə deyil, dünya miqyasında bir çox məsələlər Türkiyənin mövqeyindən asılıdır:

 

“Cənab İlham Əliyevin prezident seçildikdən sonra ilk rəsmi səfərini qardaş Türkiyə Cumhuriyyətinə etməsi Azərbaycan dövlətinin xarici siyasətində Türkiyənin üstün yer tutduğuni göstərir. Ümummilli lider Heydər Əliyevin dediyi kimi, biz “bir millət, iki dövlət”ik. Son vaxtlar cənab Prezidentimiz İlham Əliyevin də söylədiyi kimi biz "bir milət, iki dövlət"dən tək yumruğa çevrilmişik. Həm Azərbaycan, həm də Türkiyə regionda sülh üçün çalışan dövlətlərdir. Azərbaycan-Türkiyə münasibətləri qətiyyən üçüncü dövlətə və ya dövlətlər qrupuna qarşı yönəlməyib. Hər iki ölkə region dövlətlərinin və xalqlarının dinc, yanaşı yaşamasına və əməkdaşlığına çalışır. Cənab Prezident İlham Əliyevin bu səfəri də özünün mahiyyətinə görə ikitərəfli münasibətlər çərçivəsini aşır və verilən bəyanatlardan da aydın görünür ki, regionda sülhə, təhlükəsizliyə, qarşılıqlı əməkdaşlığa yönəlib. Azərbaycan, Türkiyə qətiyən müharibə istəmir, regionun gələcəyini dinc əməkdaşlıqda, sülhdə görür”.

 

K.İsmayılova onu da vurğuladı ki, türk dövlətlərinin əməkdaşlığı bir sıra Qərb ölkələri tərəfindən heç də yaxşı qarşılanmır:

 

“İstəyirlər və çalışırlar ki, Türk Dövlətləri Təşkilatı zəif olsun. Bundan ötrü müxtəlif vasitələrdən istifadə edirlər. Onlar islamafobiyanı, türkəfobiyanı gücləndirir, müxtəlif üsullarla – “demokratiya”, “insan haqları”, “söz-mətbuat azadlığı” adı altında təzyiqlərə keçirlər. Təzyiqin digər bir forması da Cənubi Qafqazda sülhün qurulmasında antitürk qüvvələrin maraqlı olmamasıdır. Onlar hesab edirlər ki, Ermənistanla Azərbaycan arasında daim gərgin münasibətlər qalmalıdır. Ona görə də sülhün imzalanmasına mane olur, Türkiyəni türk dünyasından qoparmağa çalışırlar. Amma bunların heç bir nəticəsi olmayacaq”.

 

K.İsmayılova Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsinin görünən əhəmiyyətinə diqqət çəkdi. Bildirdi ki, Şuşa Bəyannaməsində iki dövlət arasında siyasi diplomatik, iqtisadi, hərbi təhlükəsizlik, informasiya, ictimai, mədəni humanitar və bir sıra digər sahələrdə ortaq hərəkət etmənin beynəlxalq hüquqi əsasları möhkəmləndirildi. Şuşa Bəyannaməsinin Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təminatına xidmət etdiyini qeyd edən xanım siyasətçinin sözlərinə görə, Bəyannamədə 1921-ci ilin Qars müqaviləsinə istinad edilməsi bu dövlətlərin siyasətində tarixi varisliyin əsas götürüldüyünü göstərir və digər iddialara cavabdır.

 

K.İsmayılova bildirdi ki, prezident İlham Əliyevin Türkiyəyə səfəri zamanı Türkiyə-Azərbaycan Universitetinin yaradılması haqqında sazişin imzalanması bizim tariximizdə bir ilkdir:

 

“Birinci dəfədir ki, Azərbaycan və Türkiyə ortaq universitet yaradır. Bu universitetin yaradılması təhsil və elm sahəsində əməkdaşlığımızda yeni keyfiyyət mərhələsi açacaq. Universitetdə Türkiyə və Azərbaycan alimləri, müəllimlərinin bir yerdə çalışması, ortaq dərslik, dərs vəsaiti, monoqrafiya və elmi məqalələrin yazılmasına gətirib çıxardacaq. Gənclər universitetdə açılan müasir ixtisaslarda təhsil alacaq və yeni texnologiyalara yiyələnəcəklər. Yeni texnologiyaları tətbiq etməyən, ona sahib olmayan bir ölkə müasir şəraitdə rəqabətə tab gətirə bilməz. Ona görə də belə bir universitetin yaradılması təbii olaraq tarixi hadisə kimi qiymətləndirilməlidir”.

 

PƏRİ
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bakıdakı yeni metro stansiyasından GÖRÜNTÜLƏR

Öz prinsiplərinə sadiq, xarizmatik insan...

MDU rektoru və əməkdaşları şəhid məzunların ailələrini ziyarət edib

Gəncə idmanında yeni mərhələ

Muradın 17 illik sevgi etirafı

Çimərlikdə naməlum məxluqun cəsədi tapıldı

Dieqo Simeone İtaliyaya dönmək istəyir

Ömrü uzadan məşğuliyyətlər

Ağırlıqqaldıranımız Dünya Kubokunda üç gümüş medal qazandı

Lyuis Həmiltondan karyerası ilə bağlı açıqlama

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65