"Əgər bütün görüşlər sülhün əldə edilməsi üçündürsə..."

15:55 21-02-2024 | icon 241 | Siyasət
"Əgər bütün görüşlər sülhün əldə edilməsi üçündürsə..."

Rəşad Bayramov: “Avropa da Azərbaycana təzyiqlə nəyəsə nail olmayacağını anlayıb”

 

“Münhen konfransı çərçivəsində Almaniya kansleri Şolsun təşəbbüsü ilə Azərbaycan və Ermənistan liderlərinin görüşü göstərdi ki, Azərbaycan istənilən platformada, istənilən vasitəçilərin iştirakı ilə görüşlərin tərəfdarıdır. Əsas odur ki, ədalətli olsunlar, sözün əsl mənasında vasitəçilik missiyasını həyata keçirsinlər”.

 

Versus.Az xəbər verir ki, bunu politoloq Rəşad Bayramov Almaniya kansleri Şolsun təşəbbüsü ilə Azərbaycan-Ermənistan liderlərinin görüşü zamanı ortaya çıxan məqamlarla bağlı bildirib.

 

R.Bayramov Almaniya görüşünü Ermənistanın bundan əvvəlki görüşlərdə götürdüyü öhtəlikərinin yenidən təkrarlanması, tərəflərə hər hansı təzyiq edilməməsi baxımından normal hesab edib. Bildirib ki, xarici işər nazirlərinin sülh gündəliyi ilə bağlı görüşlərin bərpası, delimitasiya komissiyası və sair məsələlər bundan əvvəlki görüşlərdə razılaşdırılsa da, bir daha gündəmə gətirilməsi maraqlarımıza cavab verir:

 

“Azərbaycan Ermənistandan fərqli olaraq istəniən platformada - Rusiyanın, ABŞ-ın, Avropa dövlətlərinin təşəbbüsü ilə keçirilən görüşlərdə öz mövqeyindən geri addım atmayaraq konkret maraqlarını gündəmə gətirib. Konkret Şolsun təşəbbüsünə gəlincə, o tərəflər arasında vasitəçi kimi iştirak etmir. Görüşdə iki tərəf- Azərbaycan və Ermənistan var idi. Şols ev sahibi ölkənin nümayəndəsi kimi görüşdə iştirak edirdi. Biz Almaniyanın bir tərəf kimi görüşdə iştirakından danışa bilmərik. Bizim üçün daha arzuolunan məqam hər hansı bir tərəfin iştirakı olmadan ikitərəfli görüşlərin keçirilməsidir. Amma əgər Ermənistan ikitərəfli görüşlərin keçirilməsindən özünü narahat hiss edirsə, kiminsə görüşə qatılması Azərbaycan üçün problem deyil. Problem Fransa kimi neytrallığını qorumayan, Ermənistandan çox ermənilik edən tərəflələrlə bağlıdır. Bizim hansısa platformalarda öz maraqlarımızdan geri çəkilməyimiz olmayıb, bundan sonra da olması mümükün deyil”.

 

R.Bayramov son görüşdə əldə olunan razılıqları ümumi mənada müsbət hesab edib. O, hər hansı yazılı sənəd ortaya qoyulmasa da, bundan əvvəl Avropa İttifaqının vasitəçiliyi ilə keçirilən görüşlərdə oxşar bəyanatların verildiyini qeyd edib:

 

“Oxşar olsa da, bu məqamların yendən təkrarlanması ümidverdicidir. Bu tərəfsizlik lazımi şərtlər qorunacağı halda danışıqların Qərb platformasına qayıtmasının mümkünlüyünə bir işarədir. Bundan sonra biz Avropa İttifaqının vasitəçiliyi ilə də oxşar görüşlərə şahidlik edəcəyik. Eyni zamanda əgər bütün görüşlər sülhün əldə edilməsi üçündürsə istənilən tərəf bir şeyi yadda saxlamalıdır: sülhü istəyən tərəf, sülh təklifi verən, təkliflərlə bağlı uzun müddət cavab gözləyən Azərbaycandır. Əgər hər hansı beynəlxalq qurum, beynəlxalq vasitəçi Cənubi Qafqazda sülh istəyirsə, təsir göstərməli olduqları ölkə Ermənistan olmalıdır. Çünki məhz Ermənistan davamlı şəkildə sülh prosesindən yayınan tezislərlə çıxış edir, sülhü tormuzlaya biləcək mövqe sərgiləyir. O baxımdan beynəlxalq birliyin məhz Ermənistana təzyiq göstərməsi şərtdir”.

 

Politoloq son görüşdə diqqət çəkən mühüm məqama diqqət çəkib:

 

“Prezident İlaham Əliyev indiyə qədər Azərbaycanın irəli sürdüyü təklifləri və şərtləri yenidən təkrarladı. Almaniyanın timsalında Şolsun bu məslədə Azərbaycana qarşı mövqe tutmaması, müsbət irəliləyişin olması ilə bağlı mövqe sərgiləməsi onu göstərir ki, Avropa da Azərbaycana təzyiq görsətməklə nəyəsə nail olmayacağını anlayıb”.

 

LƏMAN

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İran guya Azərbaycandan təhlükə gözləyirmiş kimi aranı qarışdırır”

Brüssel görüşündə hərbi dəstək məsələləri müzakirə olunub?

Əsən Ana əlləri

Şəhid Abdullazadə Həsənağanın valideynləri ilə görüş

Laçınlılardan atəşkəsin pozulmasına REAKSİYA

Daha bir deputat səlahiyyətini İTİRİR

Hacı da olanda, belə Hacı olasan...

Nurcahan Hüseynova dünyasını dəyişdi

Yaşasaydı bu gün 68 yaşı tamam olacaqdı

Goranboy sakini evini satdı: Sosial yardımı DAYANDIRILDI

Cüdoçumuz Avropa kubokunda üçüncü olub

Bu gün onun günüdür - Sevindik Hətəmov 61

Bu gün IX sinif şagirdləri buraxılış imtahanı verəcək

Uşaqlar üçün ayaqla birlikdə böyüyən krosovka

Həkimdən XƏBƏRDARLIQ