"Eyni davranışla Fransa da özünü oyundankənar vəziyyətə saldı"

16:01 21-02-2024 | icon 382 | Siyasət
"Eyni davranışla Fransa da özünü oyundankənar vəziyyətə saldı"

Natiq Miri: "ABŞ Azərbaycanla əməkdaşlıq etmk istəyirsə, bu xüsusatları nəzərə almalıdır”

 

“ABŞ anlayır Azərbaycan Cənubi Qafqazın ən əhəmiyyətli ölkəsidir. Cırtdan Ermənistan üçün Türkiyə ilə strateji müttəfiq olan bir ölkəni itirmək ABŞ üçün yaxşı deyil. Ona görə də ABŞ-ın Aərbaycanla münasibəti, yanaşma tərzi dəyişəlidir. Əgər əməkdaşıq istənilirsə, bu, səmimi, qarşılıqlı maraqlar müstəvisində təmin olunmalıdır”.

 

Versus.Az xəbər verir ki, bunu politoloq Natiq Miri COP29 konfransı fonunda ABŞ-Azərbaycan əlaqələrində dəyişən məqamlarla bağlı açıqlamasında bildirib.

 

N.Miri bildirib ki, Amerika Birləşmiş Ştatları (ABŞ) qlobal güc olaraq hər zaman iqlim dəyişikliyi ilə bağlı olan bütün konfranslarda, tədbirlərdə maraqlı olmaqla yanaşı, iştirakçı, təşəbbüsçü olub. O, bu baxımdan Cop 29 kontekstində Azərbaycan-ABŞ əməkdaşlığını normal müsbət amil kimi dəyərləndirib.

 

Politoloq bununla yanaşı hesab edir ki, bunu ABŞ-ın geosiyasi maraqları ilə qətiyyən qarışdırmaq olmaz:

 

“Azərbaycan ABŞ-la münasibətlərin, əməkdaşlığın normal müstəvidə inkişaf etməsində maraqlıdır. Lakin ABŞ-ın ölkəmizə mövqeyi ədalətli, beynəlxalq hüququ çərçivəsində olmadıqca sərin münasibətlər davam edə bilər. Çünki ABŞ-ın Azərbaycandan istəkləri və yerinə yetiriləcək bəzi tələbləri var. Azərbaycan bunu özünün milli maraqlarına uyğun hesab etmir və bu da ABŞ-Azərbaycan münasibətlərinə kölgə düşürdü. Bu gün bu kölgənin tamamilə aradan qaldırıldığını söyləmək mümükün deyil. Çünki ABŞ-ın Azərbaycanın ərazilərini 30 işğalda saxlayan bir dövlətə deyil, Azərbaycana qarşı bu cür davranış anlaşılan deyil. Xüsusilə də ABŞ dövlət katibinin O-Braynın Azərbaycana qarşı həqarət, hədyan, təhdid dolu açıqlamaları Azərbaycanın səbr kasasını daşırdı, Azərbaycan-Ermənistan danışıqlarında vasitəçiliyinin üzərindən xətt çəkildi. Təbii ki, birtərəfliliyi pozan tərəf bu prosesdə vasitəçi ola bilməz. Eyni davranışla Fransa da özü-özünü oyundan kənar vəziyyətə saldı. Təbii ki, münasibətlər beynəlxalq hüquqa söykənən ədalətli, qərəzsiz yanaşma, əməkdaşlıqla genişlənə bilər”.

 

N.Miri hesab edir ki, sadəcə bir görüşlə Azərbaycan-ABŞ münasibətlərinin ciddi mənada dəyişəcəyini gözləmək doğru deyil:

 

“ABŞ o dövlətdir ki, hər zaman özünün qərarlarının başqa dövətlər tərəfindən qəbul olunmasını istəyir. ABŞ hegemon güc olaraq daim özünün qərarlarını ədalətli, normal hesab edir və bunü bütün dünyanın, bəşəriyyətin qəbul eməsini istəyir. Bu təkcə Azərbaycanla deyil, qardaş Türkiyə ilə münasibətdə də belədir. ABŞ-Türkiyə uzun illərdir normal səviyədə tənzimlənə bilmir. Çünki ABŞ Türkiyəni NATO-nun əlavəsi, vassal dövləti kimi görür. Ancaq Türkiyə o Türkiyə deyil. ABŞ oyunlarını pozan, özü də oyunçu olan güclü Türkiyənin varlığını qəbul etmədikcə, ABŞ-Türkiyə münasibətlərinə müsbət mənada yanaşmaq mümükün olmayacaq. Lakin Türkiyə dünya çapında özünə yer etmiş güclü bir dövlətdir. Azərbaycanda artıq müstəqil, güclü dölətdir. ABŞ Azərbaycanla əməkdaşlıq etmk istəyirsə bu xüsusatları nəzərə almalıdır”.

 

SEVDA

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI