"Azərbaycan ən böyük dövlətə çevriləcək"

16:10 21-02-2024 | icon 366 | Siyasət
"Azərbaycan ən böyük dövlətə çevriləcək"

Hasan Oktay: "Türkiyədə seçkilər bitdikdən sonra Azərbaycanda da daha yaxşı inkişaflar olacaq"

 

Prezident İlham Əliyev fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərində qalib gələndən sonta xarici ölkəyə ilk rəsmi səfərini Türkiyəyə etdi. Prezidentlərin ikitərəfli əlaqələrin bütün istiqamətlərini nəzərdən keçirəcək, həmçinin əməkdaşlığın daha da dərinləşdirilməsi üçün atıla biləcək addımlar barədə fikir mübadiləsi aparacaqları bildirilir. Rəcəb Tayyib Ərdoğan İlham Əliyev arasında ikitərəfli münasibətlərlə yanaşı hansı mühüm sənədlər imzalana bilər və əməkdaşlığımızın dərinləşməsi üçün hansı mühüm addımlar atıla bilər?

 

Versus.Az xəbər verir ki, bu istiqamətdə açıqlama verən Türkiyənin Cənubi Qafqaz üzrə Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Həsən Oktay Azərbaycanda keçirilən seçkilərdən sonra Azərbaycan prezidentinin ilk rəsmi səfərini Türkiyəyə etməsini yüksək dəyərləndirib.

 

Bu səfərlərin ənənəyə çevrildiyini deyən ekspert bunun türk dövlətləri arasında əlaqələrin daha da möhkəmlənməsinə yol açacağını deyib. H.Oktay qeyd edib ki, regionda strateji baxımdan qonşularla yaxşı münasibətlər inkişaf etdikcə, Azərbaycan Türkiyənin dəstəyi ilə gündəmə gələcək:

 

“Gürcüstanın xarici işlər nazirinin Türkiyəyə son səfəri ilə Lalinin Türkiyə səfəri zamanı müzakirə olunan məsələlər, Gülüstanın bölgədəki həssaslığını nəzərə alaraq dəyərləndirdiyimiz zaman Türkiyə-Azərbaycan-Ermənistan üçtərəfli sülhü bərqərar olacaq və Azərbaycan ən böyük dövlətə çevriləcək. Bu gün Türkiyədə Senur dəhlizi ilə bağlı müzakirələrin daha geniş kontekstdə qiymətləndirilməsi, Azərbaycana təzyiqlərin dağıdılması və daha genişmiqyaslı strategiyanın hazırlanması ilə bağlı mühüm müzakirələr aparılır. Türkiyədə seçkilər bitdikdən sonra Cənubi Qafqaz regionunda, o cümlədən Azərbaycanda daha yaxşı inkişaflar olacaq”.

 

LƏMAN

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI