"Qərb özü də regiondan asılıdır"

16:15 21-02-2024 | icon 374 | Siyasət
"Qərb özü də regiondan asılıdır"

Məhəmməd Əsədullazadə: “Qərb ölkələri belə bir güc mərkəzinin inkişafında maraqlı deyil”

 

“Məhz Türkiyə Azərbaycan vasitəsi ilə Cənubi Qafqaz, Mərkəzi Asiya, Xəzər hövzəsi yeni qlobal dünyanın üzvü olur”.

 

Versus.Az xəbər verir ki, bunu Azərbaycan və Türkiyənin strateji müttəfiqliyi, güclü iqtisadi, mədəni əlaqələrə malik olmasının Qərb, Avropa və digər qüvvələr tərəfindən hansı reaksiya ilə qarşılanması ilə bağlı açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib.

 

Türkiyə ilə Azərbaycan arasında strateji əməkdaşlığın Şuşa Bəyannaməsi ilə rəsmiləşdirildiyini bildirən ekspert, məhz iki ölkənin II Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda yeni regional siyasi nizam qurduğunu önə çəkib:

 

“Bu iki dövlət özünün xarici siyasətini daha da yaxınlaşdırıb, beynəlxalq təşkilatlar və Qərblə birgə xətt üzrə işləyəcək. Prezident İlham Əliyev inaqurasiya mərasimində məhz əsas strateji siyasətin Azərbaycanın, Türkiyənin digər türk dövlətləri ilə birgə Türk Ailəsində olacağını vurğuladı. Bu, bir növ Qərbə, qonşu ölkələrə verilən bir mesaj, həm də Azərbaycanla Türkiyənin yeni bir nizam, ittifaq yaradıcısının göstəricisidir”.

 

M.Əsədullazadə bildirib ki, Prezidentin Türkiyəyə səfəri, burada verilən bəyanatlar, II Qarabağ savaşından sonra Türkiyənin regional siyasətini dəyişməsi artıq Azərbaycanla Türkiyənin mövqelərinin güclənməsinə gətirib çıxardır:

 

“Təbii ki, Fransa başda olmaqla müəyyən dövlətlər, eləcə də İran və Rusiya bu ittifaqı qəbul etmir. Bu gün Qərbdən Azərbaycana qarşı yönələn təzyiqlər məhz Türkiyə ilə Azərbaycan arasında birgə fəaliyyət, birgə koordinasiyanın nəticəsidir. Ona görə də Qərb ölkələri belə bir güc mərkəzinin formalaşmasında, inkişafında maraqlı deyil. Ona görə də Azərbaycana, Türkiyəyə qarşı müxtəlif istiqamətlərdə təzyiqlər etməyə çalışırlar. Biz Qərbin Azərbaycana qarşı müəyyən təzyiqlərini görürük. Amma bu onlar üçün müsbət nəticə verməyəcək. Çünki Qərb özü də regiondan asılıdır.

 

SEVDA

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI