“Türk Dövlətləri Təşkilatı bir güc mərkəzi kimi çıxış edə bilər”

16:19 21-02-2024 | icon 333 | Siyasət
“Türk Dövlətləri Təşkilatı bir güc mərkəzi kimi çıxış edə bilər”

Mətin Məmmədli: "Biz özümüzü türk dünyası ailəsində görürük"

 

“Azərbaycanla Türkiyənin birgə koordinasiyalı siyasəti Türk Dövlətləri Təşkilatının bir güc mərkəzi kimi ortaya çıxmasına imkan verir”.

 

Versus.Az xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti, politoloq Mətin Məmmədli Azərbaycanla Türkiyə arasında son illər imzalanmış Şuşa Bəyannaməsinin əhəmiyyəti, Türk Dünyası Ailəsi üçün atılan addımlarla bağlı açıqlamasında bildirib.

 

M.Məmmədli bildirib ki, Azərbaycan və Türkiyə arasında imzalanan Şuşa Bəyannaməsi son illərdə imzalanan və özündə strateji müttəfiqliyi ehtiva edən mühüm sənəddir və hər iki ölkənin rifahı, təhlükəsziliyi ilə bağlı əhəmiyyət daşıyır. O, qeyd edib ki, bu gün Türkiyə ilə Azərbaycan arasında - iqtisadi, siyasi, elm, mədəniyyət, təhsil və digər sahələr üzrə olan müttəfiqlik əlaqələri getdikcə dərinləşib.

 

Ekspert bu müttəfiqliyin təkcə iki ölkə üçün nəticələr doğurmadığını, bütövlükdə regionda təhlükəsiziliyin, sülhün, əminəmanlığın bərqərar olunmasında böyük əhəmiyyət daşıdığını qeyd edib:

 

“Azərbaycanla Türkiyə arasında qurulan əməkdaşlıq münasibətləri bütünlükdə region və daha geniş coğrafiya üçün mühüm nəticələr doğurub, birgə mühüm layihələr həyata keçirilib. Bu gün də Azərbaycan-Türkiyə müttəfiqliyi bölgədə tarazlığı qoruyan münasibətlərdir. Azərbaycan-Türkiyə əməkdaşlığı həm də çoxtərəfli format hesab olunan Türk Dövlətləri Təşkilatında inteqrasiya prosesində, TDT-nın formalaşmasında, yaranmasında böyük rol oynayıb. Prezidentin də inaqurasiya mərasimində dediyi kimi yeni mərhələdə bizim xarici ciyasətimizdə ən vacib istiqamət Türk Dövlətləri Təşkilatıdır. Bu gün yeni dünya quruculuğu gedir və yeni dünya düzənində Türk Dövlətləri Təşkilatı bir güc mərkəzi kimi çıxış edə bilər. Böyük ərazini əhatə edən türk dövlətlərinin demoqrafiq, siyasi, iqtisadi, təbii resursları buna imkan verir. Biz özümüzü türk dünyası ailəsində görürük. Yaxın perspektivdə əməkdaşlıq və müttəfiqlik bütün türk dünyası ilə bağlı olacaq”.

 

LƏMAN

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI