ATƏT PA-nın qış sessiyası BAŞLADI

14:36 22-02-2024 | icon 666 | Gündəm
ATƏT PA-nın qış sessiyası BAŞLADI

ATƏT Parlament Assambleyasının (ATƏT PA) 23-cü qış sessiyası fevralın 22-də Avstriyanın paytaxtı Vyanada işə başlayıb.

 

Versus.az təşkilatın rəsmi saytına istinadla xəbər verir ki, sessiyanın açılışında ənənəyə uyğun olaraq, Avstriya Parlamentinin sədri Volfqanq Sobotka, ATƏT PA-nın prezidenti Pia Kauma, ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici işlər naziri Yan Borq, təşkilatın baş katibi Helqa Maria Şmid və digər rəsmilərin çıxışları nəzərdə tutulur.

 

Sessiyada ölkəmizi Milli Məclisin deputatları – ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azay Quliyev, üzvləri Tahir Mirkişili, Ağalar Vəliyev və Tural Gəncəliyev təmsil edirlər.

 

Tədbir çərçivəsində qurumun Siyasi məsələlər və təhlükəsizlik, Demokratiya, insan haqları və humanitar məsələlər, İqtisadiyyat, elm, texnologiya və ətraf mühit üzrə ümumi komitələrinin və Daimi komitənin iclasları keçiriləcək. Milli Məclisin ATƏT PA-dakı nümayəndə heyəti qurumun qış sessiyasının və komitə iclaslarının gündəliklərinə daxil olan məsələlərin müzakirəsində iştirak edəcək.

 

Sessiya öz işinə fevralın 23-də yekun vuracaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI