“Fransa bir diasporanın girovuna çevrilib”

18:39 22-02-2024 | icon 549 | Siyasət
“Fransa bir diasporanın girovuna çevrilib”

Ramil Hüseynov: "Fransa tarixində ən ciddi nöqsandır"

 

“Bu əslində ölkə olaraq Fransanın problemidir. Çünki Fransa özü üçün müqəddəs saydığı insanlarının tarixdə hansı yolu keçdiyinə bir də nəzər yetirməlidilər”.

 

Versus.Az xəbər verir ki, bunu “Yeni Xətt” Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov Fransa prezidenti Makronun Azərbaycanla bağlı son bəyanatına diqqət çəkərkən bildirib.

 

Mərkəz rəhbəri Qərbin, Avropanın böyük ölkələrindən biri olan, Avropanın mərkəzində formalaşan, inkişaf edən Fransanın bir diasporanın girovu, siyasi təsir mexanizmləri altında fəaliyyət göstərməsinə təəssüflə yanaşıb:

 

“Ermənistan işğalçı, terrorçu dövlətdir. Ermənistanın rəhbərliyində olan şəxslər vandal təfəkkürə malik insanlardır. Çünki onların tarix boyu Azərbaycana qarşı olan mövqeləri dəyişməz qalıb, uzun illərdir eyni qaydada torpaq iddiasını davam etdirirlər. İnkişaf etmiş bir ölkənin, özünü dünyada sivil bir ölkə kimi qələmə verən bir siyasi rejimin bu gün bütün bunları nəzərə almadan Ermənistana dəstək verməsi heç də başadüşülən deyil. Maraqlı nüans ondan ibarətdir ki, əslində öz torpaqlarını işğaldan azad edən Azərbaycanın artıq yalnız regionda deyil, dünyada qlobal bir gücə çevrilməsi dönəmində Fransanın ölkəmizə qarşı qərəzli münasibətdə olması bu ölkənin cılız mahiyyətini ortaya qoyur”.

 

R.Hseynov hesab edir ki, özünü demokratik dəyərlərin daşıyıcısı, sivil cəmiyyət, müasir düşüncəni təbliğ edən dövlət kimi göstərən Fransa terror, vandal təfəkkürünə malik ölkənin yanında dayanmaqla özünün mahiyyətini açmış olur:

 

“Terrorçu, vandal Ermənistanın yanında duraraq Azərbaycana qarşı qərəz göstərmək Fransa tarixində ən ciddi nöqsandır. Azərbaycan tərəfi bu qərəzli münasibəti unutmayacaq və gələcəkdə hansısa siyasi əməkdaşlıq məsələlərində bunu bir daha nəzərdən keçirəcək”.

 

Bununla belə Mərkəz rəhbəri Azərbaycanın müstəqil şəkildə öz siyasətinə davam edəcəyini deyib:

 

“Əminəm ki, Fransanın qərəzli yanaşmaları başqa dövlətlərin Azərbaycana qarşı münasibətlərinə təsir etməyəcək. Zaman gələcək, Fransa, Ermənistanın digər havadarları Azərbaycanla münasibətdə öz davranışlarında korrektələr etməli olacaqlar. Dünya yaxşı bilir ki, Azərbaycan torpaqlarını işğaldan azad edib, haqlı mübarizəsində qalib gəlib, ədaləti bərpa edib. Əminik ki, Fransanın Azərbaycana qarşı Makron siyasəti bu dövlətin tarixində biabırçı şəkildə qeyd olunacaq”.

 

LƏMAN

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Yeni müharibə ocağının alovlanmasının qarşısı alınmasa…

"Formula-2" yarışına start verildi

Yeni tələbələrin NƏZƏRİNƏ

Azərbaycanın bəzi ərazilərinə QAR YAĞIB

SOCAR-ın yaranma günüdür

Türkiyədə nəhəng çuxur aşkarlandı

VI tura bir oyunla start veriləcək

Millilərimiz III turun görüşlərini keçirəcək

"Toyota Prius" Ginnesin Rekordlar Kitabında

“Ölkəmizin imicinə xələl gətirmək cəhdləri məkirli niyyətdən xəbər verir”

Azərbaycana qarşı psixoloji və diplomatik təzyiqlərə CƏHD

Futbolla bağlı yeni STRATEGİYA

“Düşünürlər ki, COP29 ərəfəsində təzyiq etsələr Azərbaycan güzəştə gedə bilər”

 “Milli Şura”nın beynəlxalq təşkilatlara çağırışına CAVAB

“İnkişaf etmiş Azərbaycan bir çoxlarını narahat edir”