Ölü qadın meyitxanada dirildi

07:40 23-02-2024 | icon 501 | Maraqlı
Ölü qadın meyitxanada dirildi

Qvatemalanın San-Xuan de Dios şəhərində xəstəxanada dəhşətli hadisə baş verib.

 

Kəskin qidalanma problemləri müşahidə olunan və öldüyü açıqlanan gənc qadın dirilib.

 

Qadın ölü elan edildikdən 5 saat sonra qəfildən meyitxanada cəsəd torbasında hərəkət etməyə başlayıb.

 

Morq işçiləri səsləri eşidib və cəsəd torbasının tərpənməyə başladığını görüblər. Dərhal təcili yardım həkimlərini çağırıblar.

 

Xəstəxananın mətbuat nümayəndəsinin sözlərinə görə, xəstə serebral iflic və qıcolma şikayətləri ilə qeyri-stabil vəziyyətdə xəstəxanaya yerləşdirilib. 30 dəqiqəlik təcili yardımdan sonra onun öldüyü elan edilib. Həkimlər qadında heç bir həyat əlaməti, xüsusən də beyin fəaliyyəti və ya nəfəs alma kimi əlamətlər görməyiblər.

 

“Bundan sonra qadının cəsədi müəyyən edilmiş protokol üzrə morqa təhvil verilib”, - deyə nümayəndə əlavə edib.

 

Lakin dirilən qadının reanimasiyası uğursuz olub, buna görə də xəstə ikinci və sonuncu dəfə ölü elan edilib. Xəstəxana onun ailəsinə və bütün yaxınlarına başsağlığı verib.

 

Baş verən hadisə yerli sakinlərin hiddətinə səbəb olub və sosial şəbəkələrdə yayımlanan videonun altında müxtəlif rəylər bildirilib.

 

“Qvatemala səhiyyəsi sadəcə dəhşətlidir”, - deyə istifadəçilərdən biri yazıb.

 

Digər şərhçi isə xəstəxananı müdafiə edib və intensive terapiya şöbəsində həyatının xilas edildiyini xatırladıb.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI