Qayıdış zamanı ailə tərkibi diqqətə alınacaqmı?

14:46 23-02-2024 | icon 492 | Qarabağ
Qayıdış zamanı ailə tərkibi diqqətə alınacaqmı?

Torpaqlarımız işğaldan azad edildikdən sonra doğma Qarabağda və Şərqi Zəngəzurda bərpa işləri sürətlə davam etdirilir. Prezident İlham Əliyevin strategiyası bir neçə vacib komponenti özündə birləşdirir. Birinci növbədə, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında təhlükəsizlik və güc strukturlarının xidməti fəaliyyətləri təmin edilir, ikinci mərhələdə regionda misli görünməmiş quruculuq, bərpa işləri vüsət alır, infrastruktur yaradılır. Üçüncü mərhələ isə Qarabağa və Şərqi Zəngəzura əhalinin qayıdışı prosesidir.

 

Ata-baba ocaqlarına qayıdışla bağlı vətəndaşları düşündürən bir neçə məqam var. İşğal illərində məcburi köçkünlər siyahıya alınıb, ailə tərkiblərinə müvafiq formada yaşayış yerləri ilə təmin edilmişdilər. Aydın məsələdir ki, 30 il ərzində ailələrin ailə tərkibləri də dəyişib.

 

Azad olunmuş ərazilərə qayıdış çərşivəsində keçmiş məcburi köçkünlərin mənzillə təmin olunması zamanı ailə tərkibi diqqətə alınacaqmı?

 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Beynəlxalq Əlaqələr, İnformasiya və Mətbuat Xidməti Departamentinin direktoru İbrahim Mirzəyev bildirib ki, respublika ərazisində müvəqqəti mənzillə təmin edilmiş və sonradan işğaldan azad edilmiş ərazilərə köçürülən məcburi köçkünlər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş Qaydalara əsasən ailə tərkibinə uyğun olaraq mənzillə təmin olunurlar.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI