İrəvandakı aksiya sifarişçisinin Moskva EHTİMALI

15:09 23-02-2024 | icon 937 | Geopolitika
İrəvandakı aksiya sifarişçisinin Moskva EHTİMALI

Vüqar Dadaşov: "Sifarişli aksiyaların zərərsizləşdirilməsi konkret fiqurlardan asılı prosesdir"

 

“Qərbin və Rusiyanın döyüş meydanı kimi seçdiyi Ermənistan dövlətçiliyini itirə bilər. Əslində Qərb Ermənistan variantı ilə Rusiyanı sıxmaqla səhvə yol verir. Çünki son məqamda Rusiya üçün Ermənistanda hakimiyyət çevrilişi etmək məcburiyyətə çevrilir və nəticədə Ermənistanın Rusiya orbitinə, hətta bir əyalət formasında qayıtması mümkündür”.

 

Versus.Az xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının sədr müavini, hüquqşünas Vüqar Dadaşov Azərbaycan-Ermənistan liderlərinin Münhen görüşündən sonra İrəvanda keçirilən kütləvi etiraz aksiyalarla bağlı açıqlamasında bildirib.

 

V.Dadaşov hesab edir ki, Ermənistanda başlayan aksiyanın baş nazir Nikol Paşinyanın Münhendə Azərbaycan prezidenti İlham Əliyevlə görüşdən sonra baş tutması, tərəflər arasında əldə olunmuş nəticələrlə bağlı Qərbin və Rusiyanın qarşıdurmasının görünən tərəfidir. Onun fikrincə, İrəvada başlayan aksiyanın moderatorunun Qərb və ya Moskva olması sualı bir çox nüansları ilə ortaya çıxarır:

 

“Ermənistan mediasının yaydığı məlumata görə Münhendə 8 kəndin Azərbaycana qaytarılması, Zəngəzur dəhlizinin açılışı, sülh müqaviləsinin imzalanmasının perespektivi ilə bağlı razılaşmanın əldə olunması daha çox Rusiya maraqlarına zidd olduğundan İrəvanda keçirilən aksiyanın sifarişçisinin “Moskva” ehtimalı daha güclüdür. Bu ehtimal Paşinyanın Rusiyanı Ermınistandan çıxarmaq tapşırığına qarşı aldığı önləmdir. Hərçənd, Paşinyan bu istiqamətdə fəaliyyəti ilk dövrdən bəlli idi. Avropa İttifaqı prezidenti Şarl Mişelin Paşinyana təcili zəngi də sözsüz ki, ona aksiyalar fonunda dəstək ifadəsidir”.

 

Ekspert aksiyaların kortəbii olması ilə bağlı ehtimallara toxunub:

 

“Əslində kortəbii aksiyalar sosial və siyasi dayaqları ilə idarə olunan aksiya və mintiqlərdən daha çətin və təhlükəlidir. Çünki belə aksiyalar xalqın təbii istəyinə, cəmiyyətin özünün qənaətinə bağlı nəticədir. İdarə olunan, sifarişli aksiyaların zərərsizləşdirilməsi konkret fiqurlardan asılı proses olduğundan müəyyən mənada həlli mümkün ola bilər”.

 

V.Dadaşov hesab edir ki, aksiyaların miqyasından asılı olmayaraq Paşinyan iqtidarı üçün ciddi təhlükəsi var:


“Qərb və Rusiya qarşıdurmasının ümumi nəticələri, yenə də Ukrayna cəbhəsinə bağlı olan reallıqdır. Rusiyanın son günlərdə Ukrayna cəbhısində əhəmiyyətli dərcədə irəlliləməsi ABŞ başda olmaqla NATO müttəfiqlərini ciddi düşündürür və heç şübhəsiz ki, Ukraynaya maddi və hərbi dəstəyi artıracaqlar”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI