Dohada musiqiçilərimizin möhtəşəm KONSERTİ

15:57 23-02-2024 | icon 394 | Mədəniyyət
Dohada musiqiçilərimizin möhtəşəm KONSERTİ

Fevralın 22-də Qətərin paytaxtı Dohada Azərbaycan musiqisindən ibarət konsert olub.

 

Versus.Az xəbər verir ki, konsert proqramına Natiq Şirinovun rəhbərlik etdiyi “Natiq” ritm qrupu, Azərbaycan Dövlət Rəqs Ansamblının (bədii rəhbər Rüfət Xəlilzadə), eləcə də Ənvər Sadıqovun “Buta” etno-caz qrupunun ifaları daxil edilib.

 

Azərbaycan ritmləri hər çıxışı gurultulu alqışlarla qarşılayan tamaşaçıları valeh edib. Alovlu rəqslər də heç kəsi biganə qoymayıb. İş o yerə çatıb ki, sonda tamaşaçılar özləri rəqs etməyə başlayıblar.

 

Tədbirdə Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, Azərbaycanın Qətərdəki səfiri Mahir Əliyev, Qətər Mədəniyyət Nazirliyinin rəsmiləri və digər mühüm qonaqlar iştirak ediblər.

 

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli qeyd edib ki, Azərbaycan mədəniyyətinin Qətər kimi bir ölkədə təmsil olunması çox vacibdir:

 

“Müharibə bitdi, biz qalib gəldik, amma ideoloji müharibə hələ də davam edir. Burada da biz qalib olmalıyıq. Ona görə də hər bir ölkədə, bütün qitələrdə özümüzü yüksək səviyyədə göstərməliyik. Bu gün biz özümüzü layiqincə göstərdik, möhtəşəm mədəniyyətimizi, musiqimizi, rəqsimizi nümayiş etdirdik”.

 

Qeyd etmək istərdik ki, fevralın 21-dən 24-dək Qətərin paytaxtı Dohada Azərbaycan Mədəniyyəti Günləri keçirilir.

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Azərbaycanı yenidən Rusiyaya bağlamaq HƏDƏ-QORXUSU

Keçmiş döyüşçüdən Ali Baş Komandana MÜRACİƏT

Bakıdan azad edilmiş ərazilərə yeni marşrut xətti AÇILACAQ

Cəbrayıl məktəbində çalışan müəllimlərin hamısı cəbrayıllıdır

"ƏDV geri al"la bağlı İDDİA

Peşə təhsili üzrə ixtisasların təsnifatında DƏYİŞİKLİK

"Qaçqınkom"da tələbələrlə görüş keçirilib

Füzulinin 530 illiyinə töhfə

Üç xanım direktor vəzifəsindən azad edildi

Əsrin SİRRİ

18 tələbənin dönərdən zəhərlənməsi ARAŞDIRILIR

"Azərbaycana təzyiq göstərmək cəhdləri faydasızdır"

Türkiyədən tarixi QƏRAR

Laçın və Şuşada ƏMƏK YARMARKALARI

Azərbaycanın "Birgə Atəşkəs Çağırışı" təşəbbüsünə 127 ölkə QOŞULUB