Ermənistanın daha bir məhsulunun idxalına QADAĞA

19:05 01-03-2024 | icon 342 | Dünya
Ermənistanın daha bir məhsulunun idxalına QADAĞA

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) laboratoriya monitorinqi zamanı Ermənistandan qırmızı kürü və Belarusdan ət məhsullarının tədarükü zamanı pozuntular aşkarlayıb.

 

Məlumata görə, Ermənistanın “Max Fish” şirkətinin qırmızı kürüsündə koliform bakteriyaları aşkar edilib. Bununla əlaqədar olaraq, bu müəssisədən kürü tədarükünə müvəqqəti məhdudiyyətlərin tətbiqi qərara alınıb.

 

Bundan başqa, Belarusun “Belfood Production” MMC-nin istehsal etdiyi ət konservlərinin tərkibində antibakterial preparatlar - ketoprofen, meloksikam və fluniksin aşkar edilib. Qaydalara görə, konservlərdə belə preparatların olmasına icazə verilmir.

 

“Rosselxoznadzor” bu müəssisənin məhsullarına təkmilləşdirilmiş laboratoriya nəzarətini tətbiq etmək qərarına gəlib.

 

Oxşar tədbir kəsilmiş mal ətinin dondurulmuş bloklarında listeria aşkarlanması ilə əlaqədar “Mogilev Raipo” şirkətinə qarşı da görülüb.

 

Xatırladaq ki, bundan bir qədər öncə Ermənistandan idxal olunan “Cermuk” mineral suyu Rusiyada bir istehlakçının ölümünə səbəb olmuş və bu səbəbdən həmin içkinin ölkəyə gətirilməsinə qadağa qoyulmuşdu.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Yeni müharibə ocağının alovlanmasının qarşısı alınmasa…

"Formula-2" yarışına start verildi

Yeni tələbələrin NƏZƏRİNƏ

Azərbaycanın bəzi ərazilərinə QAR YAĞIB

SOCAR-ın yaranma günüdür

Türkiyədə nəhəng çuxur aşkarlandı

VI tura bir oyunla start veriləcək

Millilərimiz III turun görüşlərini keçirəcək

"Toyota Prius" Ginnesin Rekordlar Kitabında

“Ölkəmizin imicinə xələl gətirmək cəhdləri məkirli niyyətdən xəbər verir”

Futbolla bağlı yeni STRATEGİYA

“İnkişaf etmiş Azərbaycan bir çoxlarını narahat edir”

“Düşünürlər ki, COP29 ərəfəsində təzyiq etsələr Azərbaycan güzəştə gedə bilər”

Meymunçiçəyinə yoluxma ARTIB

KXDR sirləri açır