Bir qol, iki qırmızı kart
İtaliya A Seriyasında 27-ci turun “Latsio” - “Milan” matçında gərgin anlar yaşanıb.
Versus.Az xəbər verir ki, komandalar Romadakı “Stadio Olimpiko”da qarşılaşıblar.
Matçı Marko Di Bellonun rəhbərlik etdiyi hakimlər briqadası idarə edib.
“Latsio”nun iki futbolçusunun qırmızı kart aldıqları oyunun 88-ci dəqiqəsində görüşdə yeganə olan qolu “Milan”ın hücumçusu Noa Okafor vurub.
İtaliya çempionatının 27 turundan sonra “Milan” 56 xal toplayıb və üçüncü pillədədir. Öz növbəsində, eyni sayda oyundan sonra “Latsio” 40 xal qazanaraq səkkizinci yerdə qərarlaşıb.
Xəbər lenti
“Erməni genosidi ətrafında təbliğat gücləndirilməldir”
"Ermənilər bu faktı gizlədə bilməz"